Bakının 5 mərkəzi küçəsində işlər sona çatır – FOTO+VİDEO

Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir Məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində “Azəravtoyol” ASC tərəfindən ümumi uzunluğu 7,6 km-ə yaxın olan 5 küçədə əsaslı yenidənqurma işləri aparılır. “Azəravtoyol”dan Avtosfer.az-a verilən məlumata görə, artıq bu çərçivədə işlərin 80%-i aparılaraq yekunlaşdırılıb. Təzəpir Məscidi ətrafındakı yollar 2 zolaqlı, digər yolların isə 3 və 4 zolaqlı olması nəzərdə tutulub. Yenidən qurulan 440 metr uzunluğunda və genişləndirildikdən sonra eni 15 metrə çatan Balababa Məcidov küçəsində işlər tam olaraq yekunlaşdırılıb. Küçə boyu yalnız yolcızgi və yolgöstərici xətlərinin çəkilişi işi qalıb. Ərazidə yaşayan vətəndaşların rahatlığı üçün hərəkətin məhdudiyyəti müvəqqəti olaraq aradan qaldırılıb. Uzunluğu1 825 metr, genişləndirildikdən sonra eni 15 metrə çatan Abdulla Şaiq küçəsində isə işlərin 90%-i bitib. Hazırda küçədə son tamamlanma işləri aparılır. Piyada səkilərinin tikintisi və küçənin "Statistika dairəsi"nə doğru birləşdirilməsi üçün aparılan asfaltlanma işləri yekunlaşmaq üzrədir. Aparılan yenidənqurma işləri çərçivəsində Nərimanov prospektinin 2 165 metr uzunluğunda olan hissəsində də tam müasir yol infrastrukturunun yaradılması istiqamətində addımlar atılır. Prospekt boyunca hazırda genişləndirmə işləri aparılır və yeni yol yatağı inşa olunur. Layihəyə əsasən, yolun ümumi eni 11-23,5 metr təşkil edəcək. Akademik Milli Dram Teatrının hər iki tərəfində yerləşən Mirzəağa Əliyev və Füzuli küçələrində də sürətlə işlər davam etdirilir. Küçələrin uzunluqları müvafiq olaraq 750 metr və 800 metr təşkil edir. Bu küçələrdə yenidənqurma işləri çərçivəsində yol genişləndirilərək 15 metrə çatdırılıb. Füzuli küçəsində də son tamamlanma işləri aparılır. Burada ümumi işlərin 90%-i yekunlaşdırılıb. Hazırda küçədə asfatlanma və piyada səkilərinin tikintisi işləri gedir. Mirzəağa Əliyev küçəsində isə asfalt-beton örtüyünün döşənməsi üçün hazırlıq işləri görülür. Torpaq işləri və kommunikasiya xətlərinin çəkilməsi yekunlaşan küçədə fiziki işlərin göstəricisi 60% təşkil edir. Layihə çərçivəsində Füzuli küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsində yeni 2 hərəkət zolaqlı geridönmə hissə yaradılır. Artıq burada da işlər bitmək üzrədir. Hazırda bu hissədə asfaltlanma işləri aparılır. Qeyd edək ki, yenidən qurulan küçələrdə layihə üzrə yeni işıqlandırma sistemləri, ictimai nəqliyyat üçün 14 ünvanda “cib”lik və müasir avtobus dayanacaqları qurulacaq, yeraltı və yerüstü parkinq yerləri tikiləcək. “Azəravtoyol” ASC sözügedən küçələrdə işləri mayın əvvəlinə kimi yekunlaşdırmağı planlaşdırır.
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR















