Bakının bu yerlərində yeni piyada keçidləri tikiləcək - Qərar verildi

“Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli 1 nömrəli protokoluna əsasən aidiyyəti qurumlarla birgə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı şəhərində avtomobil yollarında piyadaların təhlükəsizliyinin təmin olunması üçün yüngül konstruksiyalı yerüstü piyada keçidlərinin tikintisi zəruri olan yerləri müəyyənləşdirib. Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli APA-ya bildirib ki, müəyyənləşdirilən yerlər 2015-ci ildə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təqdim olunub.
Bakı şəhərində ilk olaraq 100-ə yaxın belə yer müəyyənləşdirilib: “2016-2017-ci illərdə Bakı şəhəri və ətraf yollar üzərində belə piyada keçidləri inşa olundu. Bu işlər bu il də davam etdiriləcək. Həmin yerlərin siyahısına Yeni Salyan şossesi 22 ("Jurnalist binaları"nın qarşısı) və Heydər Əliyev prospekti, 23-cü polis bölməsinin qarşısına düşən ərazi (Bağırov körpüsünün çıxışı istiqamət) də əlavə edilib. Artıq Heydər Əliyev prospektində yüngül konstruksiyalı yerüstü piyada keçidin tikintisi ilə bağlı layihə sənədlərinin hazırlanması işləri həyata keçirilir. Bu il ərzində, ən qısa zamanda yüngül konstruksiyalı yerüstü piyada keçidinin tikintisi başlanacaq".
Yeni Salyan şossesi 22 ünvanında da bu il ərzində yüngül konstruksiyalı yerüstü piyada keçidinin inşası planlaşdırılır.
O cümlədən, bu il Moskva prospekti ilə 20 yanvar küçəsinin kəsişməsi (Şamaxinka adlanan ərazi), Yusif Səfərov küçəsində - “Azəriqaz” İstehsalat Birliyinin qarşısında, Mərdəkan-Zaqulba yolunda, köhnə “Mərdəkan Broyler”in yaxınlığında və Qala-Pirallahı yolunda yaşayış məntəqələri olan sahədə yüngül konstruksiyalı yerüstü piyada keçidinin tikintisi nəzərdə tutulub.
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO












