Bakının mərkəzində yeni yol infrastrukturu istifadəyə veriləcək - VİDEO

Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına müvafiq olaraq “Azəravtoyol” ASC tərəfindən ümumi uzunluğu 7.6 km-ə yaxın olan 5 küçədən 3-də artıq işlər tam olaraq başa çatdırılıb, digər 2 küçədə isə yekunlaşmaq üzrədir. Qurumdan Avtosfer.az-a verilən məlumata görə, bu çərçivədə işlərin 95 faizi görülüb. İşlərin tam olaraq yekunlaşdığı 440 m uzunluğunda və genişləndirildikdən sonra eni 15 metrə çatan Balababa Məcidov küçəsindən başqa, Mirzəağa Əliyev və Füzuli küçələrində də yenidənqurma işləri artıq bitib. Akademik Milli Dram teatrının hər iki tərəfində yerləşən Mirzəağa Əliyev və Füzuli küçələrinin uzunluqları müvafiq olaraq 750 və 800 m təşkil edir. Bu küçələrdə yenidənqurma işləri çərçivəsində yol genişləndirilərək 15 metrə çatdırılıb. Küçələr boyu yeni kommunikasiya xətləri çəkilib, 3 qat olmaqla asfalt-beton örtük döşənib. Uzunluğu 1825 m, genişləndirildikdən sonra eni 15 metrə çatan Abdulla Şaiq küçəsində və 2165 m uzunluğu olan Nərimanov prospektində isə yeni kommunikasiya xətləri çəkilib, 2 qat olmaqla asfalt-beton örtük döşənib. Yaxın günlərdə sözügedən ərazilərdə asfalt-beton örtüyünün son qatının döşənməsi işləri də görülərək yekunlaşdırılacaq. Onu da əlavə edək ki, ümumilikdə Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafında yenidən qurulan yol infrastrukturunun mövcud yol şəbəkəsinə birləşdirilməsi işləri də görülərək yekunlaşdırılıb. Hazırda layihənin gerçəkləşdiyi ərazi boyu piyada səkilərinin tikintisi, səki daşlarının düzülməsi, səkilərə və yol ayrıclarına tamet daşların döşənməsi işləri aparılır ki, bu işlər də yaxın müddət ərzində yekunlaşdırılacaq. Qeyd edək ki, yenidən qurulan küçələrdə müasir işıqlandırma sistemləri, 14 ünvanda “cib”lik və müasir avtobus dayanacaqları qurulacaq, yeraltı və yerüstü parkinq yerləri, həmçinin piyada keçidləri inşa olunacaq, küçələr boyu geniş yaşıllılar və parklar salınacaq.
Emin
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












