Bakının mərkəzində yeni yolun tikintisi başa çatır - VİDEO

Paytaxt Bakıda uzunluğu 1.1 km olan və Yusif Səfərov küçəsinə paralel salınan yeni yolda tikinti işləri yekunlaşır. Avtosfer.az xəbəb verir ki, hazırda sözügedən yolun asfaltlanması işləri aparılır ki, bu işlər də sona çatmaq üzrədir. Layihəyə uyğun olaraq torpaq işləri və yol yatağının hazırlanması yekunlaşıb, yol boyu maneələr sökülüb, kommunikasiya xətlərinin köçürülməsi işləri başa çatdırılıb. Yolun ümumi eni 12 metr olmaqla 2 hərəkət zolaqlıdır. Bura 9 metr enində hərəkət hissəsi və yol boyu piyadaların təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə hər iki istiqamət üzrə 1.5 metr enində səkilər daxildir.
Asfaltlanma işlərinə paralel olaraq hazırda ərazidə piyada səkiləri inşa edilir. Bundan sonra yolun işıqlandırılması üçün işıq dirəklərinin quraşdırılmasına başlanılacaq. Tikinti işləri tam olaraq yekunlaşdıqdan sonra zəruri olan yerlərə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolun üfiqi nişanlanması işləri aparılacaq.
Qeyd edək ki, avtonəqliyyat vasitələri sözügedən yol hazır olduqdan sonra birbaşa Yusif Səfərov küçəsinə daxil olmadan Heydər Əliyev prospektindən Kövkəb Səfərəliyev küçəsinə ordan da Dilarə Əliyeva küçəsi ilə şəhərin mərkəzinə doğru hərəkət edə biləcəklər. Bu isə öz növbəsində Yusif Səfərov küçəsində hərəkət intensivliyini xeyli azaltmış olacaq.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq


















