Bakının yeni yollarında hərəkətin təşkili sınaq yürüşləri ilə yoxlanılıb - VİDEO

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən paytaxtın Yasamal rayonunda, Füzuli meydanı və Təzəpir məscidi kompleksi ətrafında aparılan yenidənqurma və abadlıq işləri çərçivəsində yeni, müasir yol infrastrukturunun yaradılması istiqamətində aparılan işlər artıq son mərhələsindədir. Avtosfer.az xəbər verir ki, bu barədə "Azəravtoyol" ASC-nin açıqlamasında bildirilir. Məlumatda deyilir ki, Füzuli və Mirzəağa Əliyev küçələrinin davamı olaraq yeni salınan yollardan sonra Nərimanov prospekti və Abdulla Şaiq küçəsində də yenidənqurma işləri başa çatıb. Artıq sözügedən yollarda avtonəqliyyat vasitələrinin, o cümlədən piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi (BNA)ilə birgə sınaq yürüşləri keçirilib.
Hərəkətin təşkili və təhlükəsizliyində olan nöqsanları aşkar edib aradan qaldırmaq məqsədi ilə təşkil edilən sınaqlarda “Azəravtoyol”un sədri Saleh Məmmədov, BNA-nın baş direktoru Vüsal Kərimli, cəmiyyətin və agentliyin mütəxəssisləri, həmçinin yol hərəkətinin təşkili və təhlükəsizliyi ilə bağlı ixtisasaşmış beynəlxalq şirkət olan “GEMMS”-in direktoru Panos Protopsaltis də iştirak edib.
Sınaqlarda yeni salınan küçələrdə döngələr və kəsişən yollar boyu eyni anda bütün zolaqlar üzrə sərnişin avtobusları hərəkət etdirilərək yolların maksimal intensivliyi zamanı yarana biləcək problemlər əyani şəkildə nəzərdən keçirilib. Beynəlxalq təcrübəyə əsaslanaraq avtonəqliyyat vasitələrinin hərəkəti zamanı yarana biləcək problemlər sınaqda iştirak edən qurumların rəhbərlərinin, yerli və xarici mütəxəssislərinin birgə razılığı ilə aradan qaldırılması istiqamətində göstərişlər verilib.
Layihə üzrə yenidən qurulan və yeni salınan yollarda avtonəqliyyat vasitələrinin bir-birinin hərəkətinə maneə törədən kəsişmə nöqtələrin ləğvi və bununla da tıxacların qarşısının alınmasının vacibliyinə də xüsusi diqqət yetirilib. Yaxın günlərdə istifadəyə veriləcək yollarda məhz bunun hesabına fasiləsiz və maneəsiz hərəkət təmin olunacaq.
Keçirilən sınaq yürüş zamanı keçmiş “Sovetski” ərazisində yaradılan müasir və beynəlxalq standartlara cavab verən yol infrastrukturunda müxtəlif hissələr üzrə hərəkətin təşkili sxeminə müvafiq dəyişikliklərin edilməsi, yol nişanlarının, işıqforların, digər nizamlayıcı texniki vasitələrin quraşdırılması, ümumi istifadədə olan avtonəqliyyat vasitələrinin dayanacaq yerlərini bildirən üfüqi nişanlanma işlərinin aparılması, küçələr boyu əlil və uşaq arabaları ilə normal hərəkəti təmin etmək üçün pandusların quraşdırılması və sair məsələlər birgə müzakirə olunub, vətəndaşların rahat və təhlükəsiz hərəkətinə maneə yaradan çatışmazlıqların aradan qaldırılması yolları barədə fikir mübadiləsi aparılıb.
Emin
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












