Bakıya 300-ə yaxın təzə avtobus gətirilir - Kəndlər üçün

Yaxın vaxtlarda Bakıya 300-ə yaxın yeni avtobus gətiriləcək. Bu nəqliyyat vasitələrinin böyük əksəriyyəti Bakı ətrafı kənd və qəsəbələrdə istifadə olunacaq. Bunu virtualaz.org-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. Onun sözlərinə görə, yeni avtobuslardan istifadə Bakı ətrafı kənd və qəsəbələrdə sərnişindaşıma xidmətinin keyfiyyətini yüksəldəcək. “Bakı ətrafı kənd və qəsəbələrdə nəqliyyat vasitələrinin əhaliyə göstərdiyi sərnişindaşıma xidməti şəhərin mərkəzi ilə eyni olmalıdır. Bu məsələ bizi narahat etdiyinə görə paytaxtdan kənarda sərnişindaşıma xidmətinin keyfiyyətini artırmaq üçün yeni avtobusları gətirməyi planlaşdırırıq. Hələ yeni nəqliyyat vasitələrinin hansı marşrut xəttinə aid olacağı müəyyənləşdirilməyib”, - deyə M.Ağayev bildirib.
Agentlik rəsmisi həmçinin qeyd edib ki, yeni gətiriləcək nəqliyyat vasitələri şəhər mərkəzindəki kimi müasir marşrutlar olacaq və onlarda kart sistemindən istifadə olunacaq.
Qeyd edək ki, yeni gətiriləcək avtobusların hansı daşıyıcı şirkətlərə veriləcəyi hələ dəqiqləşməyib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












