Bakıya bu avtobuslardan daha 75 ədədi gətiriləcək

Baki şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən “Xaliq Faiqoğlu” şirkəti 2017-ci ilin sonuna qədər avtobus qarajını yeniləyəcək. Bu barədə Avtosfer.az-a “Xaliq Faiqoğlu” MMC-nin Baş direktoru Faiq Seyidov məlumat verib. O bildirib ki, avtobus parkı mütəmadi yenilənir və bu istiqamətdə Türkiyə və Avropa istehsalçıları ilə danışıqlar aparılır: "2017-ci ildə yerli və xarici maliyyə institutlarından cəlb olunmaqla ümumi dəyəri 40 milyon manat həcmində 100 ədəd AVRO 5 standart yeni avtobusun alınması nəzərdə tutulub. Onlardan artıq 25 ədəd yeni, müasir standartlara cavab verən, kondisioner, Wi-Fi və USB adaptrla təchiz olunmuş avtobuslar Bakıya gətirilib və sərnişinlərin istifadəsinə verilib. Daha 75 ədəd avtobus isə bu ilin sonunadək Bakıya gətiriləcək.
Ümumiyyətlə ilin sonunadək şirkətin istismarında olan bütün xəttlərdə elektron ödəniş sistemi tətbiq olunacaq. Həmçinin, çalışırıq ki, hazırda istismar olunan "Daewoo" markalı avtobusları Bakının mərkəzi küçələrindən yığışdıraq. Elektron ödəniş sistemi və təhlükəsizlik kameraları ilə tam təchiz olunmuş həmin avtobuslar Bakının ətraf kənd və qəsəbələrində xidmət göstərəcək. İstismar müddəti başa çatmış, köhnə vəziyyətdə olan "Daewoo" markalı avtobuslarda elektron ödəniş sisteminin qurulması məqsədəuyğun hesab edilmir. Şəhərin mərkəzində yeni, müasir standartlara cavab verən avtobuslarla sərnişinlərə xidmət edəcəyik" deyə F.Seyidov bildirib.
Elmin
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












