Bakıya gətirilən bu işıqforlarla bağlı YENİ XƏBƏR

Bakının küçə və prospektlərində piyadaların və nəqliyyat vasitələrinin rahat, maneəsiz və təhlükəsiz hərəkətinin təşkili üçün bir sıra yeniliklərin tətbiq edilməsi gözlənilir. Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, “Sovetski” layihəsi çərçivəsində salınan yeni yollarda piyada keçidləri, pandus, işıqforlar, yol nişanları ilə bağlı, ümumilikdə piyadaların və nəqliyyat vasitələrinin rahat, maneəsiz və təhlükəsiz hərəkətinin təşkili ilə bağlı tətbiq edilən bütün yeniliklər şəhərin digər küçə və prospektlərində də tətbiq ediləcək. M.Ağayev bildirib ki, fiziki imkanları məhdud şəxslərin şəhərin küçə və prospektlərində rahat hərəkətini təmin etmək üçün zəruri infrastruktur yaradılacaq. Onun sözlərinə görə, bununla bağlı iş aparılır: “Şəhərin mərkəzi hissəsini əhatə edən 5 rayonun bütün küçələri təhlil edilib və müəyyənləşdirilib ki, həmin küçələrdə panduslar çox az saydadır və hətta yox səviyyəsindədir. Artıq həmin küçələrdə pandusların harada quraşdırmaq lazım olduğu da müəyyənləşdirilib. Bu layihə artıq hazırdır. Yaxın zamanlarda reallaşdırılmasına başlanılacaq”.
Qeyd edək ki, “Sovetski” layihəsi çərçivəsində salınan yeni yollarda 17 ədəd piyada keçidi salınıb. Paytaxtın digər küçə və prospektlərindən fərqli olaraq, burada işıqforlarla nizamlanan piyada keçidləri xüsusi qırıq xətlərlə nişanlanıb. Piyadaların yolun hərəkət hissəsində diqqətli olmaları üçün xəbərdaredici məlumatlar yazılıb. Hərəkətin təhlükəsizliyi nəzərə alınaraq işıqfor dirəklərində də 3 dildə (Azərbaycan, rus və ingilis) xəbərdaredici məlumat lövhələri quraşdırılıb. Fiziki imkanları məhdud və uşaq arabası ilə olan şəxslərin də rahat hərəkət etməsi üçün piyada keçidlərində ümumilikdə 34 ədəd pandus qoyulub. İlk dəfə olaraq məhz burada bəzi piyada keçidlərində yalnız sarı xəbərdaredici işığı olan svetofor quraşdırılıb. Ümumilikdə, ərazidə 44 ədəd svetofor obyekti quraşdırılıb. Bu svetoforların 8-i xüsusi sensorla təchiz edilib. Belə svetoforlar eyni zamanda, görmə qabiliyyəti məhdud olan şəxslərin yolu təhlükəsiz keçməsi üçün nəzərdə tutulub. Belə ki, piyada əllə sensorlu qurğuya toxunduqdan sonra svetoforu piyada keçidi rejiminə keçirə bilər. “Sovetski” layihəsi çərçivəsində salınan yeni yollarda 8 ədəd avtobus dayanacaq pavilyonu da qoyulub. Bu dayanacaqdakı məlumat lövhələri də yeni tərtibatda dizayn edilib. Lövhədə danacaq məntəqəsinin ünvanı, ordan keçən marşrut xətləri ilə bağlı məlumatlar öz əksini tapıb.
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO













