Bakıya yeni aviareys açılır - Rusiyadan

Rusiyanın yeni aviaşirkətlərindən olan “UVT Aero” iyul ayından etibarən Kazan şəhərindən (Tatarıstan) Bakıya uçuşlara başlamağa hazırlaşır. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, şirkət həmin tarixdən etibarən Azərbaycanla yanaşı Belarus, Gürcüstan və Ermənistana da uçuşlar həyata keçirəcək. Hazırda uçuş üçün müvafiq icazələrin alınması prosesi gedir. Şirkət həmçinin sentyabrdan etibarən Rusiyanın ən ucqar Qərb nöqtəsi olan Kalininqrada da reyslərə başlayacaq. Kazan Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib ki, hazırda Bakıya həftədə bir reys həyata keçirilir və bu, "Azerbaijan Airlines" aviaşirkəti vasitəsi ilə reallaşdırılır. Bu reyslə həmçinin Tbilisiyə (Gürcüstan) də transferlə uçmaq mümkündür. Şirkətin baş direktoru Pyotr Trubayev qeyd edib ki, Bakıya uçuşların qiymətləri hələ bilinmir. Xatırladaq ki, “UVT Aero” Tatarıstan Respublikasının aviaşirkətidir və 2015-ci ildə yaradılıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












