Bakıya yeni avtobuslar gətiriləcək - Kənd və qəsəbə sakinləri OXUSUN!

“Bakı Nəqliyyat Agentliyinin (BNA) 2018-ci il üçün nəzərdə tutduğu tədbirlər bir neçə istiqamətdədir”. Bunu Metbuat.az-a 2018-ci ildə həyata keçirilməsi planlaşdırılan tədbirlərlə bağlı açıqlamasında BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib: “Bakı şəhəri ilə bağlı nəzərdə tutduğumuz tədbirlərdən biri 350 yeni nəqliyyat vasitəsinin alınıb-gətirilməsidir. Bunlardan 20 ədədi 8 metrlik avtobus olacaq. 350 nəqliyyat vasitəsi paytaxta gətirildikdən sonra şəhərin mərkəzi küçələrində istifadə olunan və texniki baxımdan qoyulan tələblərə tam cavab verən nəqliyyat vasitələri mərhələli şəkildə şəhərətrafı ərazilərə yönləndiriləcək. Daha sonra, il ərzində 700 nəqliyyat vasitəsinin kartla ödəniş sisteminə qoşulması təmin ediləcək. Bu il ərazində həyata keçirilməsi planlaşdırılan tədbirlərdən biri də yol hərəkətinin təşkili ilə bağlıdır. Bu istiqamətdə işlər görülür. Bakı Nəqliyyat Agentliyi Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına 10-a yaxın küçə və prospektlərin yol kəsişməsi ilə bağlı təklif irəli sürüb. Bu təkliflərin reallaşması istiqamətində həmin ünvanlarda tıxacın qarşısının alınması işlər nəzərdə tutulur.
Şəhərətrafı kənd və qəsəbələrdə sərnişindaşımanın keyfiyyətinin yaxşılaşdırılması agentliyin qarşısında duran əsas məsələlərdən biridir. Düşünürük ki, il ərzində Bakıətrafı ərazilərdə sərnişindaşıma işinin təkmilləşdirilməsi istiqamətində nəqliyyat mübadilə mərkəzləri yaradılacaq. Yaxın vaxtlarda Dərnəgül Nəqliyyatın Mübadilə Mərkəzinin istifadəyə verilməsi planlaşdırılır. Orada artıq işlər tam yekunlaşıb. Dərnəgül Nəqliyyatın Mübadilə Mərkəzi istfadəyə verildikdən sonra 4 mübadilə mərkəzi olacaq. Növbəti mərkəz isə Avtovağzal ərazsində yaradılacaq. Avtovağzal ərazisində yaradıldıqdan sonra Bakıətrafı kənd və qəsəbələrdə kiçik nəqliyyat mübadilə mərkəzlərinin yaradılması planlaşdırılır. Ümumilikdə, il ərazində şəhərətrafı ərazilərdə yaşan sakinlərə layiqli sərnişindaşıma xidmətinin göstərilmsi üçün zəruri tədbirlər həyata keçiriləcək”.
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO












