Bank kartı olanlar "BakıKart"ları onlayn formada yükləyə biləcək

Bank kartlarının sahibləri “BakıKart” nəqliyyat kartlarına gedişi onlayn formada yükləyə biləcəklər. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə layihəyə yaxın mənbədən məlumat verilib. Məlumata görə, hazırda bu xidmət korporativ müştərilər üçün mövcuddur. Hazırda bu xidmətin bütün müştərilərə şamil olunması üçün işlər davam etdirilir. Qeyd edək ki, "BakıKart" Bakı Metropolitenində və sərniçşin avtobuslarında gediş haqqını ödəmək üçün istifadə olunur. BakiKart-ların alınması və yüklənməsi BakıKart və MilliÖN terminallarında mümkündür. Kartın qiyməti 2 manat təşkil edir. Bundan başqa, ictimai nəqliyyatdan az istifadə edən Bakı sakinləri və paytaxtın qonaqları üçün məhdud istifadəli Bakı Kart-lar nəzərdə tutulub ki, onların qiyməti 0,2 manat təşkil edir. Bu kartlara yalnız 4 gediş yükləmək olar. Bir gedişin qiyməti də 0,2 manat təşkil edir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












