Baş plan yenilənir: Ələtdə aeroport tikilməyəcək

“Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı/Baş plan” layihəsinə yenidən baxılacaq. Avtosfer.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən apa-nın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 22-də Şəhərsalma və Tikinti Məcəlləsinin ərazi planlaşdırılması üzrə icraat 6-cı fəslindəki prosedurlara müvafiq olaraq Bakı Dövlət Layihə İnistitutu tərəfindən təqdim olunmuş “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı/Baş plan” layihəsinin ilkin ictimai müzakirəsi keçirilib. Tədbirdə müxtəlif dövlət orqanlarının, ictimaiyyətin nümayəndələri işştirak edib. Tədbirin keçirilməsində əsas məqsəd məhz layihə ətrafında fikir mübadiləsinin aparılması və layihə ilə bağlı irad və təkliflərin öyrənilməsi olub.
Müzakirələrin nəticələri əsasında layihəyə dair tövsiyyələr, təklif və iradlar bildirilib. Qeyd olunanlar, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin qeyd olunan iradları qısa müddətdə aradan qaldırılması ilə əlaqədar Bakı Dövlət Layihə İnstitutuna aşağıdakı tapşırıqlar verilib:
- Metro xətləri "Bakı Metropoliteni" QSC-nin 2035-ci ilə olan perspektiv inkişaf konsepsiyasına uyğunlaşdırılması;
- Ələtdə sərnişin hava limanının tikintisi məqsədəuyğun hesab edilmədiyi üçün layihədən çıxarılması;
- Mənzil fondu üzrə rəqəmlərin dəqiqləşdirilməsi;
- Söküntü həcmlərinə yenidən baxılması;
- İqtisadi göstəricilərin dəqiqləşdirilməsi;
- Nəzərdə tutulan mərkəzlər və buradakı əhali saylarının dəqiqləşdirilməsi;
- Qeyd olunanları nəzərə alaraq layihənin təshih olunaraq yenidən təqdim edilməsi.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












