Bərdədə 13 min əhalinin istifadə etdiyi yol yenidən qurulur - VİDEO

Regionların sosial-iqtisadi inkişafına yönəldilən Dövlət Proqramları çərçivəsində magistral, respublika və yerli əhəmiyyətli yolların da yenidən qurulması prioritet məsələlərdən biridir. İndiyədək bu istiqamətdə xeyli işlər görülüb və görülməkdə davam edir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən artıq 2018-ci ilin ilk günlərdindən bu çərçivədə sürətlə və yüksək keyfiyyətlə tikinti və bərpa işlərinə başlanılıb. Bu cür layihələrdən biri Bərdə rayonunda 13.5 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Muğanlı-Körpüsındıran avtomobil yoludur. Burda işlər yüksək keyfiyyətlə və sürətlə aparılır. Uzunluğu 17.5 km olan avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa olunur.
Tikinti işləri çərçivəsində müxtəlif həcmdə yol yatağının və və əsasının genişləndirilməsi işləri aparılır. Genişləndirmə işləri çərçivəsində qazma-dolma işləri görülür, zəruri olan yerlərə xüsusi material tökülərək kipləşdirmə işləri aparılır, kommunikasiya xətləri yoldan kənara köçürülür. Genişləndirmə izləri zamanı yolun ümumi eni 10 metrə çatdırılır. 2 hərəkət zolaqlı olan yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.
Daha sonra tikinti norma və qaydalarına əsasən optimal-qırmadaş və qum-çınqıl qarışıından ibarət yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri də yüksək keyfiyyətlə aparılacaq. Ümumilikdə yola 2 qat olmaqla 10 sm qalınlığında 100 min m2 yeni asfalt-beton örtüyü döşənəcək.
Layihə çərçivəsində əkin sahələrinin suvarılması üçün 34 yerdə müxtəlif diametrlərdə olan dəmir və beton boruların tikintisi, həmçinin mövcud suötürücü boruların bərpası işləri görülür.
Layihəyə uyğun bütün işlər tam olaraq yekunlaşdıqdan sonra zəruri olan yerlərdə yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yolcizgi və yol göstərici xətlərin çəklişi işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnoloji ardıcıllığa uyğun olaraq apardığı işlər imkan verir ki, yaxın gələcəkdə yol boyu yaşayan vətəndaşların yolla bağlı qarşılaşdıqları problemlər birdəfəlik öz həllini tapsın. Çünki torpaq və çınqıl örtüklü olan yolda xüsusən payız-qış aylarında istər avtonəqəliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlər yaranırdı.
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO




















