Birləşmiş Ərəb Əmirliklərindən Bakıya birbaşa reys açılacaq

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov “Air Arabia Airlines” şirkətinin baş meneceri Baratan Ravindran və satış müdiri Şalini Racan ilə görüşüb. Avtosfer.az xəbər verir ki, bu barədə nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə turizm sahəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Nazim Səmədov ölkədə turizm sahəsində aparılan islahatlar barədə məlumat verib. Görüş zamanı martın 16-da Birləşmiş Ərəb Əmirliklərinin Şərca şəhərindən Bakıya ilk birbaşa reysin həyata keçiriləcəyi və bu reys vasitəsilə BƏƏ və Omanın turizm şirkətlərinin nümayəndələrinin Azərbaycana səfər edəcəkləri bildirilib. Nümayəndələr qeyd ediblər ki, “Air Arabia” hava yolları loukoster şirkəti olduğundan sərnişinlərin 30-35 %-i ilk dəfə səyahət edəcək şəxslərdən ibarət olur. Görüşdə aprel ayında şirkət tərəfindən turizm şirkətlərinin nümayəndələrinin Hindistandan Bakıya səfərin təşkilinin nəzərdə tutulduğu da bildirilib. Nazim Səmədov qonaqlara ölkəmizin iqlimi, turizm potensialı, bu ildən etibarən hər il aprel və oktyabr aylarında ölkəmizdə keçirilməsi nəzərdə tutulan Şopinq festivalı barədə məlumat verib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












