BNA və MİDA-nın Yasamalda nəqliyyat məsələləri ilə bağlı birgə layihəsi – VİDEO

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi birgə layihəsini təqdim edib. İki qurum arasında səmərəli əməkdaşlıq nəticəsində Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksi ərazisində nəqliyyat vasitələrinin və piyadaların rahat hərəkətinin təşkili üzrə işlərin həyata keçirilməsinə başlanılıb. Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, Mənzil İnşaatı Dövlət Agentliyinin əsas məqsədi çoxmənzilli yaşayış binalarının tikintisini təşkil edərək ölkə vətəndaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, həmçinin, sakinlərin rahat yaşayışını təmin etmək üçün zəruri şəraitin yaradılmasıdır. Eyni zamanda, sərnişindaşıma sahəsində tənzimlənməni və dövlət nəzarətini həyata keçirən Bakı Nəqliyyat Agentliyinin də fəaliyyəti paytaxtda nəqliyyat sisteminin və infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması ilə yanaşı, şəhərin sakinləri və qonaqlarının təhlükəsiz və rahat hərəkətinin təşkilini əhatə edir. Bakı Nəqliyyat Agentliyinin və Mənzil İnşaatı Dövlət Agentliyinin birgə hazırladığı layihənin əsas hədəf sahəsi 11,6 hektar olan və 1843 mənzildən ibarət olacaq Yasamal Yaşayış Kompleksi ərazisində Avropa standartlarına və ən əsası, müasir şəhərsalma prinsiplərinə uyğun olaraq piyadaların və nəqliyyat vasitələrinin rahat, maneəsiz və təhlükəsiz hərəkətini təmin etməkdir. Layihə hazırlanarkən bütün piyadaların, o cümlədən yaşlılar, əlillər və uşaqların, eləcə də hər növ nəqliyyat vasitələrinin (velosiped, motosikl, taksi, avtobus və yük maşınları) tələb və xüsusiyyətləri nəzərə alınıb.
Layihəyə əsasən, şəhərcik daxilində salınacaq küçələr funksional zonalara bölünəcək ki, onların da bir çoxu Bakı şəhəri üçün yenilik hesab edilir. Belə ki, yaşayış kompleksi daxilində salınacaq yollarda velosiped üçün ayrıca yol, piyada hərəkət sahəsi ilə bina arasında xüsusi ara məsafə, texniki zolaq, yaşıllıq zolağı və qarışıq təyinatlı zolaqlar nəzərdə tutulub. Bununla yanaşı, nəqliyyat vasitələrinin hərəkət hissəsi üzrə bütün binaların qarşısında müvafiq parklanma zonaları təmin olunacaq. Nəticədə, binaların həyətlərinə yalnız texniki xidmət göstərən və operativ-əməliyyat avtomobillərin girişinə icazə veriləcək.
Bütün yol kəsişmələrində əlilliyi olan və uşaq arabası ilə olan şəxslər üçün panduslar və həmçinin, velosiped yolları nəzərdə tutulub. Velosiped yolları ilə yanaşı, velosiped danayacaqlarının da quraşdırılması planlaşdırılıb. Yasamal Yaşayış Kompleksinə 4 istiqamətdə marşrut xətlərinin çəkilməsi də nəzərdə tutulub. Metronun “Elmlər Akademiyası” və “Gənclik” stansiyaları, 4-cü mikrorayon ərazisi, Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi, həmçinin, “Sədərək” ticarət mərkəzi istiqamətində hərəkət edəcək marşrut xətləri sakinlərin mənzil başına vaxtında çatmalarına şərait yaradacaq.
Yasamal Yaşayış Kompleksinin nəqliyyat məsələlərinin həllinə dair təkliflərin gələcəkdə bütün paytaxt ərazisində, eləcə də ölkənin digər iri yaşayış yerlərində reallaşdırılması planlaşdırılır.
Namiq
Bakıda bir neçə küçədə avtomobillərin hərəkəti həmişəlik qadağan ediləcək - FOTOLAR
Bakının daha bir prospekt və küçəsində velosiped zolaqları salındı - FOTOLAR
Bakıdan Tbilisiyə gedəcək qatar - FOTOLAR
İcazə sistemində DƏYİŞİKLİK - Baş nazirdən YENİ QƏRAR
Bir həftəyə Tbilisiyə qatarlar açılır - Nazirlik təsdiqlədi
Qafqazın ən böyük tunelindən kadrlar - VİDEO
Bakıda inşa ediləcək metro stansiyaları ilə bağlı YENİLİK
Azərbaycanda ilk: Ödənişi üztanıma ilə edə bilərsiniz - FOTO - VİDEO
Paytaxtın iki əsas kəsişməsində yeni svetoforlar istifadəyə verildi - FOTO
Azərbaycanda rəqəmsal xəritə ehtiyacı artır – Ekspertdən TƏKLİF
Bakı Dəmiryolu Vağzalında üztanıma ilə ödəniş tətbiq olunacaq - FOTO










