Bu marşrutun hərəkət istiqaməti dəyişdirilir - Bakıda

Bakıda daha bir marşrutun hərəkət istiqamətində dəyişiklik ediləcək. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, "Bakıxanov qəsəbəsində "Ərəblinka" adlanan ərazinin sakinlərinin çoxsaylı müracitlərini nəzərə alaraq, 66 saylı marşrutun hərəkət istiqamətində dəyişiklik edilməsi nəzərdə tutulub. BNA-nın mütəxəssissləri qeyd edilən ərazidə müvafiq araşdırma aparıb və müəyyən olunub ki, 66 saylı marşrut xətti Qaraçuxur qəsəbəsi istiqamətinə hərəkət edərkən Nazim İsmayılov küçəsi ("Ərəblinka" yaşayış sahəsi), əks istiqamətdə isə Zaur Şərifov küçəsi - Gənclik prospekti ilə hərəkət edir. Həmçinin Nazim İsmayılov küçəsi ilə metronun “Neftçilər” stansiyası istiqamətinə heç bir müntəzəm sərnişindaşıma marşrutu hərəkət etmədiyi üçün bu da sakinlərin haqlı narazılıqlarına səbəb olur.
BNA-nın mütəxəsisslərinin apardığı təhlillər nəzərə alınaraq, Nazim İsmayılov ("Ərəblinka" yaşayış sahəsi) və Zaur Şərifov küçələrinin sakinlərinin müntəzəm sərnişindaşıma marşrutundan istifadə etmələri üçün 66 saylı marşrutun hərəkət istiqamətində dəyişiklik edilərək sxemdə göstərildiyi qaydada Zaur Şərifov küçəsindən Cəlal Qurbanov küçəsinə dönərək oradan isə geriyə Zaur Şərifov küçəsi, Nazim İsmayılov küçəsi və Şamil Kamilov küçəsi ilə hərəkət etməsini məqsədəuyğun hesab edilir", - BNA-nın məlumatında qeyd edilib.
Qeyd edək ki, Gənclik prospekti ilə alternativ olaraq 55 və 81 nömrəli müntəzəm marşrutlar hərəkət etdiyi üçün həmin ərazinin sakinləri qeyd edilən marşrut xəttlərindən isfifadə edə bilərlər.
BNA həmçinin bəyan edib ki, yaxın zamanlarda avtobusların dayanması üçün Cəlal Qurbanov küçəsində dayanacaq məntəqəsinin yaradılması, 5.12 yol nişanının və digər yol hərəkət nişanlarının quraşdırılması nəzərdə tutulub: "Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, sərnişinlərin nəzərdə tutulan dəyişikliklə bağlı əvvəlcədən məlumatlanıdrmaq məqsədi ilə bildiririk ki, 66 saylı marşrut xətti üzrə avtobuslar 03.01.2017-ci il tarixindən test rejimində yeni sxem üzrə hərəkət edəcəklər. Test rejimi müddətində sərnişinlərin sözügedən dəyişikliklə bağlı hər hansı bir narazlığı olmayacağı halda, bu hərəkət sxem təsdiq ediləcək".
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq













