Bu sürücülər xarici səfərlər zamanı fərqləndiriləcək

Azərbaycandan xaricə səfər edən beynəlxalq daşımalarla məşğul olan avtomobil sürücülərini digər vətəndaşlardan fərqləndirən mexanizm hazırlanır. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib. Onun sözlərinə görə, hazırda aidiyyəti qurumlar tərəfindən bu proqram üzərində iş aparılır. Qeyd edək ki, Azərbaycandan Rusiya ərazisinə beynəlxalq yükdaşıma əməliyyatları həyata keçirən sürücülərin bu ölkədə qalma müddəti (icazə) də uzadılıb. Belə ki, beynəlxalq avtomobil daşımalarını həyata keçirən sürücülər qarşılıqlı olaraq tərəflərin ərazilərində 6 ay ərzində 90 gün əvəzində 120 gün, qeydiyyatsız isə 30 gün müddətində qala bilmələri barədə Rusiya tərəfi ilə razılıq əldə olunub.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












