Bu xətt üzrə avtobuslar yeniləndi - Kart sisteminə keçdi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gedişhaqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir.
Avtosfer.az xəbər verir ki, martın 23-dən “Xaliq Faiqoğlu” şirkətinin istismarında olan və Binəqədi qəsəbəsini metronun “Azadlıq prospekti” stansiyası ilə əlaqələndirən 41 nömrəli müntəzəm marşrutda nağdsız ödəniş tətbiq ediləcək. Şirkət xətt üzrə sərnişinlərin xidmətinə yeni müasir avtobuslar təqdim edib.
Marşrut üzrə 15 yeni “İsuzu” markalı avtobus fəaliyyət göstərəcək. Nəqliyyat vasitələri müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub, havasərinlədici sistemə (kondisioner) malikdir.
Avtobuslarda gedişhaqqı 0,60 AZN müəyyən edilib.
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












