Bu yerlərdə pulsuz avtodayanacaqlar quraşdırılacaq

Azərbaycanda çimərliklərin yaxınlığında pulsuz avtodayanacaqlar quraşdırılacaq. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bu, dövlət başçısının sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı”nda qeyd edilib. Tədbirlər Planına əsasən, 2017-2020-ci illərdə çimərlik operatorlarının istifadəsində olan çimərlik sahələrinin dənizə çıxış yerlərində standartlara uyğun məlumatlandırma lövhələri quraşdırılacaq. Həmin ərazinin yaxınlığında nəqliyyat vasitələri üçün pulsuz avtodayanacaqların salınması ilə bağlı tədbirlər görüləcək. Eyni zamanda, 2017-ci ilin aprel-sentyabr ayları ərzində çimərliklərin fəaliyyətini tənzimləyən hüquqi aktlar hazırlanacaq, o cümlədən korporativ idarəetmənin və keyfiyyət standartlarının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması nəzərdə tutulur. Bu il ərzində Xəzər dəniziinin sahillərində yeni çimərliklərin salınması üçün müvafiq sahilboyu ərazilərin müəyyən edilməsi, model çimərlik layihələri əsasında çirmərliklərin yaradılması ilə bağlı təkliflər hazırlanacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












