Burada sərnişin mindirib-düşürən sürücüləri cərimə edəcəklər - 40--50 manat

Azərbaycanda müntəzəm sərnişin daşıyan avtobus marşrutlarından və dayanacaqlarından digər nəqliyyat vasitələrinin istifadəsi qadağan edilir. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə əlavələr təklif olunur. Məcəllənin 322-ci (Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması) maddəsinə əlavə edilən .0.8-ci bəndə görə, qeyri-müəyyən sərnişin daşımalarının müntəzəm avtobus marşrutları üçün müəyyən edilmiş hərəkət cədvəlləri ilə yerinə yetirilməsi məsuliyyət yaradır və buna görə 40 manatdan 50 manata qədər cərimə tətbiq olunur.
Maddəyə əlavə edilən digər .0.9-cu bəndə görə isə qeyri-müntəzəm sərnişin daşımaları yerinə yetirilərkən müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaqlarda sərnişinlərin mindirilməsi və düşürülməsi məsuliyyət yaradır və buna görə də 40 manatdan 50 manata qədər cərimə tətbiq ediləcək.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 30-da müzakirəyə çıxarılacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq













