Daha bir avtomobil yolunun tikintisi davam edir – VİDEO

Ağsu rayonunun Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Prezidentin sərəncamına uyğun olaraq “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən müvafiq işlər davam etdirilir. ASC-dən Avtosfer.az-a verilən məlumata görə, uzunluğu 29 km, eni əvvəllər 6 metr olan yol 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yenidənqurma işləri çərçivəsində yol yatağının eni 10 metrə qədər genişləndirilib. 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyinlərin eni isə 2 metr təşkil edəcək. azırda sözügedən ərazidə aparılan torpaq işləri yekunlaşmaq üzrədir. Yol yatağının yararsız qruntu ərazilərdən asılı olaraq 0,5-1,5 metr dərinlikdə qazılaraq çıxarılıb, əvəzinə yeni yol yatağının və yol əsasının tikintisi aparılıb. Torpaq işləri tam başa çatandan sonra yola 2 qat olmaqla 12 sm qalınlığında yüksək keyfiyyətlə asfalt-beton örtüyünün salınması işlərinə başlanılacaq. Ümumilikdə 170 min m2 sahəsinin asfaltlanması nəzərdə tutulub.
Bundan başqa layihə çərçivəsində avtomobil yolunun altından suların ötürülməsi, əkin sahələrinin suvarılması üçün 110 yerdə müxtəlif diametrli suötürücü boruların tikintisi və mövcud 3 körpünün təmir-bərpası işləri də həyata keçirilir. Körpülərdən birinin eni 6, uzunluğu 9 m, digər 2 körpünün eni və uzunluğu isə 5 metr təşkil edir.
50-60-cı illərdə salınan və istismar müddəti bitmiş yolun yenidən qurulması “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə və tərtib olunmuş qrafikə uyğun aparılır. Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Qeyd edək ki, Ağsu rayonunun 8 yaşayış məntəqəsini birləşdirən Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi həmin ərazidə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq, həmçinin 8 min nəfər əhali rayon mərkəzinə və Bakı-Şamaxı-Yevlax avtomobil yoluna rahat və maneəsiz şəkildə çıxış əldə edəcəklər.
Emin
Milli Məclisdən son dəqiqə qərarı: Azərbaycanda QADAĞAN edilir!
Prezident onu rektor təyin etdi - SƏRƏNCAM
Bakının bu ərazisində nəqliyyat sıxlığı tam aradan qaldırıldı - FOTO - VİDEO
Ziya Bünyadov prospekti Kənar dairəvi yolla birləşdirilir - VİDEO
“Bolt”dan yenilik; sürücülər bu işdə yaxşı gəlir əldə edəcək, maşın onlara qalacaq - VİDEO
Bu marşrut üzrə bütün avtobuslar yenilənir - Gedişhaqqı 60 qəpik olacaq
Ən son kimyəvi kəşf artıq nəqliyyat sahəsində tətbiq ediləcək - VİDEO
Bakıda metro xəttinin altından maşın yolu keçəcək - VİDEO
Prezident fərman imzaladı - Gömrük Komitəsinə yeni səlahiyyət verildi
Bu küçədə sərbəst hərəkət təmin edildi - Sürücülərin NƏZƏRİNƏ! - VİDEO
"Bolt" Azərbaycanda gənclər üçün yeni müsabiqə elan edib; bu tarixdə başlayacaq - RƏSMİ













