Elektron dövlət xidmətlərinin keyfiyyəti beşulduzlu sistemlə qiymətləndiriləcək

Dekabr ayının 9-da Nazirlər Kabinetinin Qərarı ilə "Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin həyata keçirilməsi Qaydası" təsdiq edilib. Yeni qayda dövlət informasiya sistemləri və ehtiyatlarının, eləcə də dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin və səmərəliliyinin vahid meyarlar əsasında qiymətləndirilməsini nəzərdə tutur.
Qiymətləndirmə prosesi ildə bir dəfə olmaqla müraciət, emal, nəticənin təqdim edilməsi kimi mərhələləri əhatə edəcək və müyəssərlik, məlumatların idarə olunması, inteqrasiya və təhlükəsizlik kimi əsas meyarlar əsasında aparılacaq. Qiymətləndirmənin nəticəsi beşulduzlu sistem əsasında hesablanacaq, qiymətləndirilməsi aparılan quruma cari vəziyyət və təkmilləşdirmə istiqamətləri barədə arayış təqdim ediləcək. Qiymətləndirilmə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçiriləcək.
Qaydaya əsasən, elektron xidmətlərin funksionallığı və istifadə rahatlığı üzrə testlər keçiriləcək, istifadəçi rəyləri toplanacaq, yerində baxışlar aparılacaq, məlumatların dəqiqliyi və əlçatanlılığı yoxlanılacaq. Dövlət qurumları qiymətləndirmə üçün tələb olunan məlumatları təqdim etməli və aşkar edilən çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görməlidirlər.
Qiymətləndirmənin ümumiləşdirilmiş illik hesabatı növbəti ilin 1 mart tarixinədək Azərbaycan Respublikasının Prezidentinə təqdim olunacaq və nəticələr rəsmi internet resursunda açıqlanacaq.
Yeni qaydanın tətbiqi rəqəmsal xidmətlərin keyfiyyətinin artırılmasına, dövlət informasiya sistemlərinin etibarlılığının və dayanıqlığının təmin edilməsinə, həmçinin rəqəmsal hökumət standartlarının daha da təkmilləşdirilməsinə imkan yaradacaq.
AYNA-dan sürücülərə yenilik: Parklanma daha rahat olacaq
Daha bir yolayrıcında işıqforlar quraşdırıldı - VİDEO
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR












