Əsas körpülərdən birinin tikintisi yekunlaşır - Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin

İranın ən iri dəmiryolu körpüsünün tikintisi iki həftəyə yekunlaşacaq. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində İran istiqamətində Astara (Azərbaycan)-Astara (İran)- Rəşt-Qəzvin dəmir yolu xəttinin bir hissəsi olan bu körpü yanvarın 19-da istismara hazır olacaq. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un "Financial Tribune" saytına istinadən verdiyi xəbərə görə, bunu İranın yol və şəhərsalma nazirinin müavini Xeyirullah Xadəmi bildirib. "Bu layihəni yerli mütəxəssislər icra edir. 1,43 km uzunluğunda olan körpü İranın Gilan vilayətində yerləşən Məncil şəhərində Səfidrud çayının sahillərini birləşdirəcək. Bu körpü son inşaat mərhələsində olan Qəzvin-Rəşt dəmir yolunun da bir hissəsidir", - deyə X.Xadəmi əlavə edib. Onun sözlərinə görə, dəmir yolu daha sonra Qəzvindən Astaraya, gələcəkdə isə Azərbaycan sərhədinə qədər uzadılacaq.
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi İranı Rusiyanın Baltik dənizindəki limanları ilə birləşdirəcək, Rusiyaya Fars körfəzi və Hindistana dəmir yolu çıxışla təmin edəcək. Yəni, tranzit yüklər Hindistanın Mumbai şəhərindən İranın Bəndər-Abbas limanı və daha sonra Bakıya göndəriləcək. Bakıdan isə yüklər Həştərxan (Rusiya), Moskva, Sankt-Peterburq marşrutu ilə Şimali Avropa istiqamətində yola salınacaq.
Hesablamalara görə, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi istismara veriləndən sonra, Azərbaycan ilə İran arasında mövcud 600 min ton ticarət dövriyyəsi ildə 5 mln. tona (ildə 500 mln. dollar) yüksələcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












