Formula 1-dən könüllərə ŞAD XƏBƏR

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 27-29 aprel 2018-ci il tarixlərində keçiriləcək növbəti Azərbaycan Qran Prisinə hazırlıq ərəfəsində və yarış ərzində yüksək fəallığı ilə seçilən 5 könüllünü 2018 Formula 1 Monako Qran Prisinə göndərəcək.
BŞH-dan Avtosfer.az-a verilən məlumata görə, ən yüksək nəticə toplayan könüllülər 25-27 may 2018-ci il tarixlərində baş tutacaq Monako Qran Prisində iştirak edəcək və yarışın təşkilatçıları ilə qarşılıqlı təcrübə mübadiləsi aparmaq imkanına sahib olacaqlar.
Müsabiqənin keçirilməsində əsas məqsəd gənclər arasında könüllülük fəaliyyətinə maraq yaratmaq və eləcə də Bakıda keçiriləcək növbəti Formula 1 yarışında yüksək fəallığı ilə seçilən könüllüləri mükafatlandırmaqdır.
Könüllülərin səyahət, qonaqlama və yarışda iştirakla əlaqədar bütün xərcləri əməliyyat şirkəti tərəfindən qarşılanacaq. Bu əvəzolunmaz hədiyyəni qazanmaq istəyən hər bir könüllü yarışa qədər olan müddətdə maksimal dərəcədə fəal olmalı, sosial mediada mütəmadi olaraq könüllülük fəaliyyətinə dair paylaşımlar etməli, bütün seminar və təlimlərdə fəal iştirak etməli, yarış ərzində yüksək peşəkarlığı ilə fərqlənməli və həmçinin yekunda keçiriləcək ümumi imtahanda ən yüksək beş nəticədən birinə yiyələnməlidir.
Müsabiqədə kimlər iştirak edə bilər?
Müsabiqədə iştirak etmək istəyən hər bir şəxs əvvəlcə 2018 Formula 1 Azərbaycan Qran Prisinin Könüllülər Proqramının bütün seçmə mərhələlərindən keçərək könüllü adını qazanmalıdır. Bundan başqa, orta səviyyədə ingilis dilini bilməli və eyni zamanda 18 yaşdan yuxarı Azərbaycan vətəndaşı olmalıdır.
Qaliblər necə müəyyənləşdiriləcək?
Könüllülərin fəaliyyəti əsasən 4 istiqamət üzrə qiymətləndiriləcək: şəxsi inkişaf təlimləri, könüllülük fəaliyyətinə dair tədbirlərdə iştirak, yarış zamanı göstərilən fəallıq və bütün təlimlər üzrə keçirilən ümumi imtahan. Hər bir meyarın dəyəri aşağıdakı cədvəldə göstərilib.
Qiymətləndirmə prosesi iki mərhələdə aparılacaq:
İmtahana qədər olan mərhələdə mümkün 59 baldan azı 36 bal toplayan və həmçinin şəxsi və peşəkar inkişafa dair keçirilən seminarların azı 3-də iştirak edən könüllülər növbəti mərhələyə - ümumi imtahana buraxılacaqlar.
İmtahandan sonra isə yekun qiymət cədvəlində ən çox bal toplamış 5 könüllü müsabiqənin qalibi ünvanına yiyələnərək Monakoya səfər etmək imkanı əldə edəcək.

Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO












