Gəncənin nəqliyyat sahəsində mühüm dəyişikliklər həyata keçirilir - FOTO

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Gəncə şəhərində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə genişmiqyaslı işlər həyata keçirilib.
AYNA-dan Avtosfer.az-a bildirilib ki, Gəncə şəhəri üzrə aparılan genişmiqyaslı təhlil və araşdırmalar nəticəsində marşrut şəbəkəsi yenidən formalaşdırılıb. Mövcud marşrut xətlərində optimallaşdırma aparılıb, 22 marşrut xəttinin fəaliyyət göstərməsi müəyyən olunub. Yeni marşrut şəbəkəsi sayəsində şəhər və ətraf qəsəbələr üzrə ictimai nəqliyyata əlçatanlığın və sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə 20 şəhərdaxili və 2 şəhərətrafı avtobus marşrutu üzrə müsabiqə keçirilib və qaliblər müəyyən edilib. Ümumilikdə 280 müasir və komfortlu avtobus sərnişindaşımada istifadə olunmaq üçün alınıb.
Əhəmiyyətli yeniliklərdən biri də ictimai nəqliyyatda qabaqcıl rəqəmsal texnologiyaların tətbiqidir. Gəncədə fəaliyyət göstərən bütün avtobuslarda gediş haqqını “CityCard” nağdsız ödəniş sistemi, NFC texnologiyasından istifadə edərək istənilən bank kartları, həmçinin mobil ödəniş vasitələri olan “Google Pay” və “Apple Pay” vasitəsilə ödəmək mümkündür.
Həyata keçirilən işlər arasında ictimai nəqliyyat sahəsində çalışacaq peşəkar və məsuliyyətli sürücü heyətinin formalaşdırılması da var. Bu işə töhfə vermək məqsədilə AYNA-nın Təlim-Tədris Mərkəzinin əməkdaşları Gəncədə avtobus sürücüləri üçün peşə fəaliyyəti, davranış qaydaları üzrə təlimlər keçiriblər. 423 sürücü təlim və imtahan prosesini uğurla bitirib.
Eyni zamanda Gəncədə ictimai nəqliyyatın səmərəli idarə olunmasını təmin etmək məqsədilə müasir standartlara cavab verən yeni avtobus deposu kompleksi istifadəyə verilib. Kompleksdə ümumilikdə 300 avtobusa xidmət göstərməyə şərait mövcuddur. Monitorinq mərkəzi vasitəsilə avtobusların hərəkəti real vaxt rejimində izlənəcək.
Sərnişindaşıma sahəsinin optimallaşması istiqamətində bir sıra layihələr həyata keçirilib. Bunlardan biri də Dəmiryolu vağzalının qarşısında nəqliyyat qovşağı layihəsi – Nəqliyyat Mübadilə Məntəqəsidir. Burada dəmiryolu ilə avtomobil nəqliyyatının qarşılıqlı əlaqəsi öz əksini tapıb. Parklanma və sərnişinlərin minib-düşməsi üçün ərazilər nəzərdə tutulub. Müasir tipli avtobus dayanacaqları və pavilyonlar quraşdırılıb. Ümumilikdə qovşağa 6 marşrut xətti daxil olacaq və onlardan 2-nin son dayanacağı burada yerləşəcək. Samux istiqamətində hərəkət edən avtobusların da qovşağa gəlməsi nəzərdə tutulub.
Gəncə şəhərində təhlillər nəticəsində gediş-gəlişin və sıxlığın çox olduğu ərazilərdə yol infrastrukturu nəzərə alınaraq 34 müasir dayanacaq pavilyonu quraşdırılıb.
Yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində 97 küçədə asfalt örtüyünün yenilənmə işləri aparılıb, 128 kilometr xətlənmə işləri icra olunub, eyni zamanda 12 min kvadratmetr sahədə isə əl işləri həyata keçirilib. Yenilənmə aparılan küçə və prospektlərdə müasir yanaşmadan istifadə olunub. Xətlənmə işləri yüksək keyfiyyətlə həyata keçirilib. Görülən işlər çərçivəsində ümumilikdə 4000-dən çox yol nişanı quraşdırılıb.
Gəncə şəhərində təhlillər aparılaraq mikromobillik zolaqlarının salınması üçün uyğun yerlər müəyyənləşdirilib. Hazırda 2.7 km mikromobillik zolağı əlaqələndirilib, əlavə olaraq 1-ci mərhələdə 2.6 km yolun çəkilməsi nəzərdə tutulur. Şəbəkənin uzunluğunun 5.3 km-ə çatdırılması planlaşdırılır.
Taksi nəqliyyat vasitələri üçün cəlbetmə məntəqələrinin müəyyən edilməsi istiqamətində də işlər aparılıb və 10 ünvanda taksi duracağı üçün yer təyin olunub. Şəhərin 3 yerində minib-düşmə məntəqəsinin yeri müəyyənləşdirilib, müvafiq nişanlar quraşdırılıb.
Gəncədə həyata keçirilən bütün dəyişikliklər şəhər daxilində ictimai nəqliyyatın optimallaşdırılmasına, sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsinə, piyadaların və sürücülərin təhlükəsizliyinin artırılmasına xidmət edir.












“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI
Azərbaycanda avtobusda gediş haqqı məsafəyə görə hesablanacaq: Baş nazirdən QƏRAR
2006-cı ildən əvvəl işləyənlərin nəzərinə: Pensiya ilə bağlı vacib açıqlama
Ağdam–Xankəndi dəmir yolu və Füzuli–Xocavənd avtomobil yolunun inşasında SON DURUM - VİDEO
Sumqayıt və Xırdalana nəzərdə tutulan xətt nə vaxt reallaşa bilər? - Tarix açıqlandı
Qobustandakı yeni körpü istifadəyə verildi - VİDEO
Sürücülərdən alınan bu cərimələr geri qaytarılır - Bu halda
Prezident İlham Əliyev yeni qanun imzaladı










