Generallar indi polkovnik rütbəsində işləyəcəklər - FOTO

Məlumat verdiyimiz kimi, baş prokuror Kamran Əliyevin əmri ilə ədliyyə generalları Şəfahət İmranov Abşeron, Fuad Məmmədov isə Tərtər rayonunun prokuroru təyin ediliblər. Bu təyinatla əlaqədar olaraq hərbi sistemdə çalışan hər iki şəxs həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Şəfahət İmranov və Fuad Məmmədova mülki prokurorluq orqanlarında xidmətə keçmələri səbəbindən yenidən general rütbəsi verilməyib.
Onlar hazırki vəzifələrində baş ədliyyə müşaviri-polkovnik kimi fəaliyyət göstərəcəklər.
Məlumat üçün deyək ki, qanunvericiliyin tələblərinə görə, hərbi qulluqçu mülki prokurorluq orqanlarında, o cümlədən rayon prokuroru vəzifəsində xidmət edə bilməz. Bu səbəbdən hərbi prokurorluq sistemində çalışan şəxslər mülki prokurorluq orqanlarına təyin olunarkən həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar.
Eyni zamanda rütbələrin eyniləşdirilməsi ilə bağlı qüvvədə olan qanuna əsasən, hərbi xidmətdə general rütbəsi daşıyan şəxsin mülki prokurorluq sistemində avtomatik olaraq həmin rütbəni saxlaması mümkün deyil. Mülki prokurorluq orqanlarında general rütbəsinin verilməsi yalnız ayrıca Sərəncam əsasında həyata keçirilir.
Hazırda ölkədə təkcə Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev və Sabunçu rayon prokuroru Murad Dadaşov III dərəcəli dövlət ədliyyə müşaviri-general rütbəsi daşıyır.
Qeyd edək ki, Ş.İmranov və F.Məmmədov son olaraq respublika hərbi prokurorunun müavini vəzifəsində xidmət ediblər.
Fotoda: Murad Dadaşov və Sənan Paşayev

Yeni lüğətdə hansı sözlərə yer verilməyəcək? – AÇIQLAMA
Qaradağda yeni körpü TİKİLİR
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir












