Gömrükləmə işləriniz "My Broker"lə "ASAN"laşdı

Yerli və xarici, fiziki və hüquqi şəxslərə tam gömrük təmsilçiliyi xidmətləri göstərmək məqsədi ilə artıq "My Broker" İxtisaslaşmış Gömrük Təmsilçiliyinin Bakı şəhəri 1, 3, 4, 5 saylı "ASAN xidmət" mərkəzlərində və 1 saylı"ASAN Kommunal" mərkəzində də xidmət pəncərələri yaradılıb. Avtosfer.az xəbər verir ki, "My Broker" Gömrük Təmsilçiliyi bu pəncərələrə müraciət edənlərə gömrük rəsmiləşdirilməsi üzrə məsləhət xidməti, sənədlərin qəbul olunması, mal alanın və ya göndərənin qanuni nümayəndəsinin iştirakı ilə gömrükləmə, tam təmsilçilik qismində gömrükləmə, eləcə də gömrük əməliyyatları üzrə bir sıra xidmətlər göstərir. "My Broker" Azərbaycan Respublikasının gömrük fəaliyyəti zonasında ilk dəfə dünya təcrübəsi əsasında yaradılmış müasir Gömrük Təmsilçiliyidir və gömrükdən istifadə edən vətəndaşların və iş adamlarının rahatlığına xidmət edir.
"My Broker" peşəkar əməkdaşları ilə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında 20-dən çox xidmət növü üzrə tam gömrük təmsilçilik xidmətlərini həyata keçirir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












