Helikopterlə uçuşlar təşkil olunacaq – FOTO

Azərbaycanda daxili turizm böyük populyarlıq qazanır. Bu da aydındır - unikal təbiət, əlverişli iqlim şəraiti, inkişaf etmiş infrastruktur və xeyli müxtəlif növ istirahət imkanları. Bununla yanaşı, ölkəmizdə gəzməli yerləri görməyə gələn xarici qonaqların sayı ildən-ilə artır.
Avtosfer.az xəbər verir ki, “Silk Way Helicopter Services” (SWHS) aviaşirkəti səyahət həvəskarlarına unikal hava səyahətlərinin geniş çeşidini təklif etməyə hazırdır.
SWHS aviaşirkətinin potensialı turistlərin və sahibkarların hava limanından ölkənin istənilən nöqtəsinə çarter reysi ilə uçuşunu həyata keçirməyə imkan verir. Şirkətin aviasiya personalının peşəkarlıq səviyyəsi, onun müasir texniki parkı, aparıcı xarici şirkətlər ilə əməkdaşlıq bu tipli aviareyslərin yüksək səviyyədə təşkilinə zəmanət verir.
SWHS aviaşirkətinin Zabrat aeroportunda yerləşən hava gəmiləri parkına “Sikorsky S-92A” və “Augusta Westland AW-139” kimi müasir və komfortlu vertolyotlar daxildir. Vertolyota minmədən öncə təcrübəli təlimatçılar sərnişinləri təlimatlandırırlar.
Vertolyot turu təkcə sürət hissindən zövq almağa deyil, eyni zamanda adi yerləri yeni rakursdan görmək və şəklini çəkmək, həmçinin başqa nəqliyyat vasitəsi ilə getməyin mümkün olmadığı yerlərə getmək üçün unikal imkan yaradır.
SWHS aviaşirkətinin saytında vertolyotların onlayn sifarişi xidmətindən istifadə etmək (http://www.swhs.az/az/online-booking), həmçinin (+99412) 437-40-49 və (+99412) 437-18-17 telefon nömrələri vasitəsilə lazımi məlumatı almaq mümkündür. Yaxın zamanda SWHS aviaşirkətinin çağrı mərkəzi 1670 qısa nömrəsində fəaliyyətə başlayacaq.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












