İkimərtəbəli elektrik qatarları hərəkət edəcək - AZƏRBAYCANDA

Azərbaycanda ikimərtəbəli elektrik qatarları hərəkət edəcək. Bunu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova açıqlamasında deyib. Onun sözlərinə görə, ilk növbədə qərb istiqamətinə İsveçrənin "Stadler Rail Group” şirkətinin istehsalı olan qatarların göndərilməsi nəzərdə tutulur: “Gediş haqqı ilə bağlı tariflərdən danışmaq isə hələ çox tezdir. Zamanı gələndə KİV-lərə məlumat veriləcək. Qatarlarda Wi-Fi da olacaq. İnsanlar Gəncəyə 3,5-4 saata çata biləcəklər”.
Qeyd olunub ki, Bakı-Gəncə-Bakı marşrutu üzrə sürət qatarı göndərmək üçün, ilkin olaraq, yolların əsaslı təmiri həyata keçirməlidir: “Hazırda Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Təmir işlərinə 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 230 km dəmir yolu əsaslı təmir olunub. Əsaslı təmir işləri baş çatandan sonra bu məsələ yenidən gündəmdə olacaq”.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












