“İran-Rusiya-Azərbaycan danışıqları tranzit məsələlərinə aiddir”

İran, Rusiya və Azərbaycan arasında üçtərəfli danışıqlar tranzit məsələlərinə aiddir. APA-nın Tehran bürosunun məlumatına görə, İran prezidenti Həsən Ruhani bu sözləri ötən axşam dövlət televiziyasının efirində hökumətin 100 günlük fəaliyyəti ilə bağlı hesabatını açıqlayarkən deyib.
Enerji sahəsində əməkdaşlıqdan danışan H.Ruhani İranın həm qaz, həm də neft swap əməliyyatlarının həyata keçirdiyini qeyd edib: “Bu tranzit daha çox faydalı ola bilər. Şimal-cənub dəhlizi bizim üçün çox önəmlidir. İran, Azərbaycan və Rusiya arasında üçtərəfli danışıqlar tranzit məsələsinə aiddir. Bu əsasda bizim Hindistan, Pakistan və Əfqanıstanla da danışıqlarımız davam edir və bu danışıqlar da tranzit məsələləri ilə bağlıdır. Çabahar limanına 1 milyard dollardan çox sərmayə yatırmışıq və bir çox ölkələr var ki, Çabahar limanına sərmayə yatırmağa hazırdır”.
H.Ruhani Çabahar limanına dəmir yolunun uzadılması layihəsinin 25 faizinin artıq icra edildiyini qeyd edib: “Tranzitin mehvəri Tehran, Qəzvin və Astaradır və bu istiqamət gündəlikdədir. Qəzvin-Rəşt dəmir yolu üçün maliyyə vəsaitinin bir hissəsini biz təmin etdik, 50 faizini isə Azərbaycan Respublikası öhdəsinə götürdü. Bu dəmir yolu Çabahar limanından Astaraya və oradan da Qara dənizə kimi uzadılacaq. İran sözün həqiqi mənasında regional mərkəz rolunu oynayır və bizim elektrik enerjisinin mübadiləsinə dair nəhəng layihələrimiz var”.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












