Krasnoyarskdan Bakıya birbaşa aviareys açılıb

Yemelyanov Beynəlxalq Hava Limanından Bakıya müntəzəm reyslərə start verilib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Azərbaycan paytaxtına uçuşları "İrAero" aviaşirkəti yerinə yetirir. Krasnoyarsk - Bakı marşrutu üzrə ilk uçuş iyunun 21-də yerinə yetirilib. Məlumata görə, birinci reysdə hava gəmisinin yüklənməsi 100 faiz təşkil edib. Bu istiqamət üzrə uçuşlar yay cədvəlinin sonunadək, yəni oktyabrın 25-dək davam edəcək. Reyslər çərşənbə və bazar günləri olmaqla həftədə iki dəfə həyata keçiriləcək. Krasnoyarskdan uçuş yerli vaxt ilə 18.50-də, Bakıya çatma isə 20.30-dadır. Eyni zamanda Bakıdan yerli vaxtla 21.30-da havaya qalxacaq təyyarə 04.50-də Krasnoyarskda eniş edəcək. Uçuşlar "Sukhoi Superjet 100" hava gəmisi vasitəsi ilə həyata keçirilir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












