Kürdəmirdə avtomobil yolu yenidən qurulur - FOTO+VİDEO

"Azəravtoyol" ASC Kürdəmir rayonu Karrar-Bağman-Böyük Kəngərli kəndlərarası avtomobil yolunun yenidən qurulması layihəsini həyata keçirir. “Azəravtoyol”un Mətbuat Katibliyindən Avtosfer.az-a verilən xəbərə görə, yenidənqurma işləri nəticəsində xüsusən payız-qış mövsümündə torpaq və çınqıl örtüklü yolla hərəkətdə yaşanan problemlər tam olaraq aradan qaldırılmış olacaq. Eyni zamanda, yol boyu yaşayan vərəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yoluna rahat və maneəsiz çıxış əldə etməklə, yük və sərnişin daşımasının xeyli asanlaşması nəzərdə tutulub. Bu isə öz növbəsində insanların yetişdirdikləri məhsulları rahat şəkildə daşıması ilə sözügedən ərazidə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq. Yenidən qurulan IV texniki dərəcəyə uyğun Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun ümumi uzunluğu 34 km, mövcud eni 6 m təşkil edir. Hazırda ərazidə 10 m enində yol yatağının və yol əsasının tikintisi işləri aparılır. Yenidən qurulan yolun hərəkət hissəsinin eni layihə çərçivəsində 6 m, çiyinlərin eni isə 2 m təşkil edəcək. Tikintisi aparılan yol 2 hərəkət zolağından ibarət olacaq. Torpaq işləri bitdikdən sonra yolun 200 min kv.m-dən çox sahəsinə ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Bununla belə, tikinti işləri çərçivəsində avtomobil yolunun altından suların ötürülməsi, əkin sahələrinin suvarılması üçün 11 ədəd suötrücü boruları quraşdırılması işləri də aparılacaq. Bundan başqa, yol üzərində yerləşən 2 ədəd avtomobil körpüsünün də əsaslı şəkildə təmiri nəzərdə tutulub. Hər iki körpünün uzunluqları 60 m, hərəkət hissələrinin eni isə 5-6 m təşkil edir. Tikinti işləri bitdikdən sonra yolda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolcızgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq. Qeyd edək ki, yenidənqurma işləri 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investesiya xərcləri) xərcləri hesabına aparılır.
Emin
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO




















