Kuryer, liftçi, sürücü vəzifələrinə işə qəbulda müsabiqə ləğv edildi

Dövlət orqanlarında yardımçı vəzifələrə - kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və s. vəzifələr üzrə dövlət qulluğuna qəbul edilmək üçün müsabiqənin keçirilməsi ləğv edilir. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə Dövlət İmtahan Mərkəzinin Aparatının (DİM) Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov deyib.
Onun sözlərinə görə, dövlət orqanlarında yardımçı vəzifələr üzrə dövlət qulluğuna qəbul edilmək üçün müsabiqə keçirilməyəcək. Bununla bağlı "Dövlət qulluğu haqqında" qanuna yenidən dəyişiklikllər edilib.
Yeni dəyişikliklərə uyğun olaraq, artıq dövlət orqanlarında yardımçı vəzifələr üzrə işləmək istəyənlər dövlət qulluğuna qəbul üçün tələb olunan mərhələlərdən - test imtahanı və müsahibə mərhələsindən keçməyəcəklər və həmin vəzifələr yardımçı - texniki vəzifələr olduğundan bu vəzifələrə qəbul üçün müsabiqə keçirilməyəcək. Buna görə də yardımcı vəzifə üzrə işə yenidən adi qaydada qəbul aparılacaq.
Qeyd edək ki, "Dövlət qulluğu haqqında" qanuna edilmiş bundan əvvəlki dəyişikliklərə görə, yüksək kateqoriyalı dövlət orqanları da daxil olmaqla, dövlət orqanlarında yardımçı vəzifələr, yəni kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və s. vəzifələr üzrə dövlət qulluğuna qəbul edilmək üçün namizədlər müsabiqədə iştirak etməli idilər.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












