Londonda avtobuslar qeyri-adi yanacaqla çalışacaq

London nəqliyyat idarəsi şəhər avtobuslarının bir hissəsini qəhvə qalığından istehsal edilmiş biodizel yanacağına keçirir. Britaniya höküməti havanın çirklənməsini azaltmaq üçün daha çox bioloji yanacaqdan istifadə edir. Ancaq ilk dəfədir ki, London rəhbərliyi şəhər nəqliyyatında paytaxtda artıqlaması ilə istehsal olunan qəhvə tullantılarından yanacaq kimi istifadə edəcək.
Sahibkar Artur Kee tərəfindən yaradılan bio-bean Britaniya startapı qəhvə çöküntüsünü sənaye üsulu ilə yenidən emal edir və alınan məhsulu Britaniya şirkətlərinə satır, hansılar ki, ondan binaların istilik sistemi və avtomobillər üçün yanacaq kimi istifadə edirlər.
Bio-bean-ın məlumatına görə, London sakinləri hər il 200 min ton qəhvə tullantısı istehsal edir. Qeyd edək ki, hər ton qəhvə tullantısı havaya 6,8 ton karbon qazının buraxılmasının qarşısını alır. BBC yazır ki, bir London avtobusunu yanacaqla təmin etmək üçün sakinlər və paytaxtın qonaqlarına ildə 2,55 milyon fincan qəhvə içmək lazımdır.
Xatırladaq ki, Bio-bean-da Böyük Britaniyanın ən böyük mülkədarı və ölkənin ən zəngin şəxslərindən biri Vestminster hersoqu Hyu Riçard Luis Qrosvenor çalışır.
avtoreyd.az
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












