Masazır və Ceyranbatanda yeni yerüstü piyada keçidləri inşa olunub - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi tövsiyə və tapşırıqlarına əsasən “Azəravtoyol” ASC kompleks tədbirləri davam etdirir. ASC-dən Avtosfer.az-a verilən məlumata görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda (Bakı-Sumqayıt yolu) daha 2 metal konsturiksiyalı yerüstü piyada keçidlərinin inşası yekunlaşıb. Söhbət yolun Masazır qəsəbəsindən keçən 13.7-ci və Ceyranbatan qəsəbəsindən keçən 27-ci km-lik hissələrindəki keçidlərdən gedir. Hər iki ərazidə keçidlərin inşası başa çatdırılaraq son tamamlanma, dizayn işləri görülür. Masazır qəsəbəsi ərazisindəki 1 aşırımlı yerüstü piyada keçidinin uzunluğu 53 m, pilləkan hissələr də daxil olmaqla ümumi uzunluğu 81.4 m-dir. Ceyranbatan qəsəbəsində inşa edilən 2 aşırımlı yerüstü piyada keçidinin uzunluğu 40.5 m, piləkən hissələr də daxil olmaqla ümumi uzunluğu isə 69 m təşkil edir.
Metal konstruksiyalı piyada keçidləri dəmir-beton dayaqlar üzərində qurulub. Üstü açıq olan keçidlərin yol səthindən hündürlüyü 5.5 m təşkil edir, qalereyasının eni isə 3 m-dir.
“Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılan işlər çərçivəsində hər iki keçidin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılacaq, sərnişin avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacağa giriş-çıxışını təmin etmək üçün xüsusi “cib”li hissələr yaradılacaq, ərazidə lazımi yol nişanları quraşdırılacaq.
Emin
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI














