Maştağa-Nardaran avtomobil yolu yenidən quruldu - VİDEO

Prezident İlham Əliyevin refionları sosial-iqtisadi inkişafı dövlət proqramlarından irəli gələn tapşırıq və sərəncamlarına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərinin qəsəbələrini birləşdirən avtomoil yollarının yenidən qurulması işlərini yüksək keyfiyyətlə və sürətlə davam etdirilir. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, vətəndaşların rahatlığı üçün hesablanmış layihələrin icrası nəticəsində son 2 il ərzində təkcə Sabunçu rayonunda ümumi uzunluqları 25.6 km olan 3 qəsəbələrarası avtomobil yolu yenidən qurularaq istifadəyə verilib. Bu, Maştağa-Bilgəh, Ramana-Maştağa və Sabunçu-Ramana avtomobil yollarıdır. Bakı şəhərində avtomobil yollarının yenidən qurulması və reabilitasiyası istiqamətində həyata keçirilən işlərin davamı olaraq cari ildə Sabunçu rayonunda ümumi uzunluqları 18.7 km olan daha 3 qəsəbələrarası avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub ki, artıq onlardan birində işlərə start verilib.
Söhbət 8.3 km uzunluğa malik Maştağa-Nardaran avtomobil yolunun yenidən qurulması layihəsindən gedir. Uzun illər istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmayan yolun hərəkət hissəsində deformasiyalar və dağılmalar yaranıb. Bu isə sözügedən yol ilə hərəkət edən vətəndaşlarımızın haqlı narazılığına səbəb olurdu. Üstəlik yolun ensiz olması və piyadalar üçün səkilərin olamaması hərəkət iştirakçıları üçün problemlərə səbəb olurdu. Məhz bu üzdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Maştağa-Nardaran yolunu bu il yenidən qurulması nəzərdə tutulan qəsəbələrarası avtomobil yollarının siyahısına salıb.
Yenidənqurma layihəsinə uyğun olaraq yol eni 6-7 metrdən 12 metrə qədər genişləndirilir. Vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yol boyu ərazidən asılı olaraq müxtəlif ölçülərə malik yeni piyada səkiləri inşa edilir, kənarlarına isə səki daşları düzülür.
Genişləndirmə işləri zamanı yolun yararsız qruntu qazılaraq çıxarılır, əks dolğu aparılmaqla yeni yol yatağı, həmçinin yol əsası inşa edilir. Yol boyu köhnə yeraltı kommunikasiya xətləri kənarlaşdırılır. Yolun hərəkət hissəsi hazır olan hissələrə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri də aparılır. Ümumilikdə yolun hərəkət hissəsinin eni genişlənmədən sonra ortalama 12 metr nəzərə alınmaqla 100 min kv.m sahəyə yüksək keyfiyyətli asfalt örtük salınacaq.
Texnoloji ardıcıllıqla və tərtib olunmuş qrafiklə aparılan tikinti işləri yekunlaşdıqdan sonra yol boyu zəruri yol nişanlarının və məlumatverici lövhələrin quraşdırlması, piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq. Maştağa-Nardaran avtomobil yolunun yenidən qurulması 3 qəsəbənin 60 mindən çox əhalisinin rahat gediş-gəlişini təmin etməklə, onların Maştağa-Buzovna və Bilgəh-Pirşağı avtomobil yollarına rahat çıxış əldə etməsinə imkan yaradacaq.
Tikinti-quruculuq işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında mövcud tikinti norma və qaydalarına uyğun yüksək keyfiyyətlə və sürətlə aparılır. Bunun üçün ərazidə lazımi sayda qüvvə toplanıb.
Bu yol ödənişli olacaq - Nazir qərar İMZALADI
Sürücülərin NƏZƏRİNƏ: Üzeyir Hacıbəyov küçəsində HƏRƏKƏTİN TƏŞKİLİ DƏYİŞDİ - FOTO
Təranə Quliyeva yüksək vəzifəyə TƏYİN OLUNDU
Azərbaycanda taksilərlə bağlı yeni tələblər olacaq
Kəmaləddin Heydərov rəisi işdən çıxardı - Yeni təyinat - FOTO
Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO
Sıxlığın qarşısını almaq üçün ÜÇ YENİ avtomobil yolu inşa ediləcək: İSTİQAMƏTLƏR - VİDEO
"Şamaxinka"da sürücülər üçün yenilik: Xüsusi zolaq ləğv edildi - VİDEO
Rəşad Həsənov nazir müavini təyin olundu - FOTO
“Bolt”da təhlükəsizlik daha da güclənir - Təcili yardım çağırmaq mümkün olacaq – VİDEO
Azərbaycanda köhnə maşınları utilizasiya edən yeni məntəqə işə başladı - ÜNVAN


















