Mehdiabad-Digah-Məmmədli avtomobil yolu yenidən qurulur – FOTO+VİDEO

Uzun müddət təmir olunmadığı üçün hərəkət hissəsi sıradan çıxmış və deformasiyaya uğramış Abşeron rayonu Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun yenidən qurulması işlərinə start verilib. Bu barədə Avtosfer.az-a “Azəravtoyol” ASC-dən məlumat verilib. Eni 6-10 metr arası dəyişən, uzunluğu 8.8 km olan yolun bərpasına Digah qəsəbəsindən başlanılıb. Bərpa işləri zamanı piyadalar nəzərə alınaraq yolun yaşayış məntəqələrindən keçən hissələrində 1.5-2 metr enində yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür. Bundan başqa, bərpa işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınacaq, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılacaq və karbonat materialı tökülərək kipləşdirmə işləri aparılacaq. Daha sonra yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.
Yolun yenidən qurulması işləri tam olaraq bitdikdən sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq. Yenidənqurma işləri “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Qeyd edək ki, yol 3 yaşayış məntəqəsindən keçməklə 22 min nəfər əhalinin gediş-gəlişini xeyli rahatlaşdıracaq. Onların şəhər mərkəzinə, Hava limanı və digər Bakı qəsəbələrinə doğru çıxışını asanlaşdıracaq.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO

















