Metronun “Avtovağzal” stansiyasının ətrafında yeni yol hissəsi salınıb

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində nəqliyyat vasitələrinin, ictimai nəqliyyatın və piyadaların rahat gediş- gəlişini təmin etmək məqsədilə kompleks tədbirlər həyata keçirməkdə davam edir.
"Azəravtoyol" ASC-dən Avtosfer.az-a verilən məlumata görə, bu tədbirlər sırasında metronun “Avtovağzal” stansiyasının digər giriş-çıxış hissəsinə rahat gediş-gəlişi təmin etmək üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı yaşıllıq səhəsindən istifadə etməklə yeni yol hissəsinin salınması da yer alır.
Yeni yol hissənin salınması metronun“Avtovağzal” stansiyasının üst hissəsində yerləşən meydançadan piyadaların, nəqliyyat vasitələrinin və ictimai nəqliyyatın rahat hərəkətinə imkan yaradacaq.
Yeni yol hissəsinin ümumi uzunluğu 44, eni isə 20 metr təşkil edir.
Görülən işlər çərçivəsində piyadaların təhlükəsiz hərəkəti nəzərə alınaraq uzunluğu 33, eni 3 metr olan piyadalar üçün səki də tikilib. Buna paralel olaraq piyadaların təhlükəsizliyi məqsədilə piyada keçidi salınıb.
Qeyd edək ki, görülən işlər “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla aparılıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












