Metronun üç istiqamətdə genişləndirilməsini təklif edib - Layihə İnstitutu

Bakı Dövlət Layihə İnstitutu Bakıətrafı ərazilərə metro xəttinin çəkilişini təklif edir. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov bildirib ki, bununla bağlı 3 əsas istiqamət nəzərdən keçirilir: "Xırdalan şəhəri istiqamətində metro xəttinin genişlənməsini və bütün Xırdalanı əhatə edilməsi plandadır. Lökbatan və Rəsulzadə qəsəbələri istiqamətində də metro xəttinin çəkilməsi əsas prioritetlərdən biridir. Binəqədi rayonunda böyük bir səhiyyə kompleksinin, o cümlədən əczaçılıq və səhiyyə sənayesinin inkişafını nəzərdə tutan böyük bir parkın yerləşdirilməsi nəzərdə tutulub. Həmin parkadək metro xəttinin uzadılmasını təklif etmişik". İ.İsbatov əlavə edib ki, rəhbərlik etdiyi institut Lökbatanda yeni avtovağzalın tikilməsini təklif edib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












