Naxçıvan sakinlərinə şad xəbər: dəmiryolu xətti bərpa olunur

Naxçıvanı İranın Məşhəd şəhəri ilə əlaqələndirəcək sürət qatarı 2018-ci il yanvarın 11-dən işini bərpa edəcək. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə İranın Naxçıvandakı baş konsulu Mənsur Ayrom deyib. Diplomat ümid etdiyini bildirib ki, bu dəmir yolu marşrutunun fəaliyyət göstərməsi iki ölkə arasında turizm sahəsində əməkdaşlığı daha da inkişaf etdirəcək. Naxçıvan-Məşhəd-Naxçıvan marşrutu üzrə reyslər 2016-cı ilin dekabrında başlasa da, sonradan texniki səbəblərlə əlaqədar dayandırılmışdı.
Hərəkət istiqaməti boyunca qatar İranın digər şəhərlərində, o cümlədən Təbriz və Tehranda da dayanır. M.Ayrom qeyd edib ki, bu amil turizmin inkişafında müsbət rol oynayacaq: "Təbriz və Naxçıvanın bir çox oxşar nöqtələri var. Təbriz İslam turizminin, Naxçıvan İslam mədəniyyətinin paytaxtıdır”.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












