Paytaxt yollarında suyun yığılmaması üçün işlərə başlanıb

Bu il Azərbaycanda ümumilikdə 270 min əhalinin yaşadığı 170 kəndin su təchizatının yenidən qurulmasına start verilib. Avtosfer.az-ın məlumatına görə, bunu Su Təsərrüfatı və Meliorasiya İşçilərinin peşə bayramı çərçivəsində keçirilən tədbirdə" Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov bildirib. Onun sözlərinə görə, bu il Ağcabədi və Xırdalan şəhərlərinin də su və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılacaq: “Hazırda "Azərsu" ASC Abşeron yarımadasında və regionda su ilə bağlı 30 layihənin icrasını davam etdirir. Bu layihələrdən 8-də su və kanalizasiya layihələri başa çatdırılıb. 6 rayonda isə bu il su və kanalizasiya layihələrinin başa çatdırılması nəzərdə tutulub”. Bakıda intensiv yağışlar yağan zaman şəhərin bir çox küçələrində çətinliklərin yarandığını xatırladan Q. Hüseynov qeyd edib ki, xüsusən problemli ərazilərdə vəziyyətin yaxşılaşdırılması üçün 13 nöqtədə işlərə başlanılıb: "Artıq 2 nöqtədə bu işlər bitib. Digər yerlərdə bu işlər davam etdirilir",- deyə Q.Hüseynov əlavə edib. O əlavə edib ki, ötən dövrdə 100 mindən çox abunəçinin sayğacla təmin olunması işləri həyata keçirilib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












