Pirallahı körpüsünün yanaşma yollarının yenidən qurulması yekunlaşır – VİDEO

Qala-Pirallahı avtomobil yolunun Pirallahı körpüsünün girişinə qədər 1 km uzunluğunda olan yanaşma yolunun yenidən qurulması işləri yekunlaşmaq üzrədir. “Azəravtoyol” ASC-dən Avtosfer.az-a verilən məlumata görə, hazırda körpünün girişinə qədər olan yanaşma yolunda asfalt örtüyünün alt qatının salınması işləri aparılır. Yaxın günlərdə yol geyiminin sonuncu asfalt qatının döşənməsinə başlanılacaq. Ümumilikdə isə 19 min kvadratmetr əraziyə 2 qat olmaqla 12 sm qalınlığında asfalt-beton örtüyünün salınması nəzərdə tutulub. Asfalt-beton örtüyünün salınması işlərinə başlanmamışdan öncə aparılan yenidənqurma işləri çərçivəsində yolun mövcud eni 7 metrdən 21-22 metrə qədər və dənizə doğru genişləndirilib, 25 metr enində yeni yol yatağı inşa olunub. Layihəyə əsasən sözügedən hissədə yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir. Yolun hərəkət hissəsinin eni 16 metr təşkil edir. Buna paralel olaraq yol boyu 1,5 metr enində piyada səkiləri, 2-3 metr enində ayrıcı zolaq inşa olunub. Ümumilikdə 3 300 kvadratmetr piyada səkisi tikilib, səkilərin və yol ayrıcının kənarlarına isə 6 350 paqon-metr yeni səki daşı düzülüb. Daha sonra yol müasir işıqlandırma sistemi ilə təmin olunub, yol ayrıcına 20 ədəd işıq dirəkləri də quraşdırılıb. Layihəyə əsasən kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün 14 yerdə müxtəlif diametrli borular, 10 ədəd kommunikasiya lyukları, bundan başqa yağış sularının yoldan kənarlaşdırılmasını təmin etmək üçün isə 10 ədəd yağış barmaqlığı qoyulub. Həmçinin yol boyu 480 metr uzunluğunda yeni istinad divarı inşa edilib. Tikinti işlərinə uyğun olaraq ikinci qat asfalt örtüyü də salınandan sonra yolda zəruri olan yerlərdə yol nişanları və məlumatverici nişanlar quraşdırılacaq, xətlənmə işləri aparılacaq. Pirallahı körpüsünün digər hissəsinin yanaşma yolunda da işlər sürətlə aparılır. Hazırda burda torpaq işləri aparılır, yeni yol yatağı inşa olunur. Buna paralel olaraq dəmir-beton konstruksiyaların sahil boyunca bərkitmə işləri də aparılır. Yol yatağının və yol əsasının tikintisi işləri bitdikdən sonra yola 2 qat olmaqla 12 sm qalınlığında asfalt-beton örtük döşənəcək. Ümumilikdə 5 min kvadratmetr yolun asfatlanması nəzərdə tutulur. 850 metr uzunluğunda olan yanaşma yolu 2 texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Layihə çərçivəsində yol yatağı 12 metrə qədər genişləndirilib. 2 hərəkət zolaqlı olan yolun hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni isə 1,5 təşkil edir. Asfaltlanma işləri bitdikdən sonra layihəyə uyğun olaraq yola 20 ədəd yol nişanı quraşdırılacaq, üfüqi nişanlama xətləri çəkiləcək, 20 ədəd dəmir boru, həmçinin səth sularının kənarlaşdırılması üçün yağış barmaqlıqları yerləşdiriləcək.
Emin
Bakıda bir neçə küçədə avtomobillərin hərəkəti həmişəlik qadağan ediləcək - FOTOLAR
Bakının daha bir prospekt və küçəsində velosiped zolaqları salındı - FOTOLAR
Bakıdan Tbilisiyə gedəcək qatar - FOTOLAR
İcazə sistemində DƏYİŞİKLİK - Baş nazirdən YENİ QƏRAR
Bir həftəyə Tbilisiyə qatarlar açılır - Nazirlik təsdiqlədi
Qafqazın ən böyük tunelindən kadrlar - VİDEO
Bakıda inşa ediləcək metro stansiyaları ilə bağlı YENİLİK
Azərbaycanda ilk: Ödənişi üztanıma ilə edə bilərsiniz - FOTO - VİDEO
Paytaxtın iki əsas kəsişməsində yeni svetoforlar istifadəyə verildi - FOTO
Azərbaycanda rəqəmsal xəritə ehtiyacı artır – Ekspertdən TƏKLİF
Bakı Dəmiryolu Vağzalında üztanıma ilə ödəniş tətbiq olunacaq - FOTO












