Qala-Pirallahı avtomobil yolunda piyada keçidi inşa olunur – FOTO+VİDEO

Qala - Pirallahı avtomobil yolunun 3,6-cı km-də yerüstü piyada keçidinin inşası aparılır. “Azəravtoyol” ASC-dən Avtosfer.az-a verilən məlumata görə, hazırda keçiddə montaj və qaynaq işləri görülür. Buna paralel olaraq inşaat işləri çərçivəsində dəmir-beton özül dayaqlarının (döşəməsinin) tikintisi işləri də aparılır. Bir aşırımlı metal konstruksiyalı yerüstü piyada keçidinin magistral yol üzərindəki hissəsinin ümumi uzunluğu 45 m, iki ədəd giriş-çıxışlarında pilləkənlərinin hər birinin uzunluğu 15 metr, keçidin tam uzunluğu 75 metrdir. Piyada keçidinin hərəkət hissəsinin eni 3,5 m, yol səthindən olan hündürlüyü isə 5,5 m təşkil edir. Piyada keçidinin üstü açıq pilləkən və yolüstü hərəkət hissəsi metal lövhələrdən ibarət olacaq. İkimarşlı pilləkənlərin kənarında fiziki qüsurlu şəxslərin hərəkət etmələri üçün panduslar nəzərdə tutulub. Eyni zamanda piyada keçidinin ətrafında 2 ədəd avtobus dayanacağı qoyulacaq və ümumi hərəkətə maneə yaratmadan dayanacağa giriş-çıxışını təmin etmək üçün xüsusi “cib”li hissələr yaradılacaq, lazımi yol nişanları quraşdırılacaq. Piyada keçidi elementləri mövcud normalara görə intensivliyi 400kq/m2 olan piyada yükü təsirinə hesablanaraq “Azəravtoyol” ASC-nin "Azəryolelmitədqiqatlayihə" İnstitutu tərəfindən layihələndirilib. Aşırım və pilləkən hissəsi metal konstruksiyalı olan piyada keçidinin inşası həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarından keçməsini, həm də nəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təmin etmiş olacaq.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO















