Qaraj parklanma yeri sayımayacaq - Gələn aydan

Azərbaycanda qarajlardan nəqliyyat vasitələrinin parklanması üçün istifadə edilməyəcək. Nazirlər Kabineti bununla bağlı “Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında” qərarında dəyişiklik edib. Qərarla təsdiq edilən "Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"yə əsasən, qaraj nəqliyyat vasitələrinin durması və parklanması üçün nəzərdə tutulan mühafizə olunan tikili sayılıb. Dəyişikliyə əsasən isə artıq qaraj yalnız nəqliyyat vasitələrinin durması üçün nəzərdə tutulan mühafizə olunan tikili olacaq. Bu qərar iyulun 1-dən qüvvəyə minir. “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların Siyahısı”nda da müvafiq dəyişiklik edilib.
Qeyd edək ki, “Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında” qərarla təsdiq edilən "Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə" pullu duracaq və qarajlarda nəqliyyat vasitələrinin saxlanılması qaydalarını müəyyən edir. Beləliklə, fiziki və hüquqi şəxslər yaratdıqları pullu qarajlardan nəqliyyat vasitələrinin pullu parklanması üçün istifadə edə bilməyəcəklər.
Trend
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












