Qatarlarda biletin qiyməti artırıldı - VİDEO

Sərnişin və sürət qatarlarında biletin qiymətləri artırılır. Sözügedən qatarlarda baza tarifinə kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalı tətbiq ediləcək. Avtosfer.az-ın məlumatına görə, dəyişiklik 15 iyul tarixindən tətbiq ediləcək. Amma buna baxmayaraq, bu gündən ayın 15-i və ya daha sonrakı tarixlərə bilet alanlar yeni qiymətlərlə ödəniş edirlər. Qiymət artımı təxminən 20% ətrafındadır. Artım biletin öz qiymətinə deyil, tarif bazasına təsir edəcək. Məsələn, əgər kupe və ya plaskart qatara aşağı yerə bileti 3 manata alırdınızsa, indi bu məbləğ 20 % baha başa gələcək.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin bu addımı ölkədaxili qatarlara şamil ediləcək. Bakı-Tbilisi qatarlarında isə Böyük Kəsik keçid məntəqəsinə qədər kupe və plaskart tipli vaqonlara bilet alanlar da bu fərqi hiss edəcəklər.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












