Qatarların idarəetmə sisteminin təkmilləşdirilməsinə başlanıldı

"Bombardier Transportation (Signal)" MMC Bakı-Tbilisi-Qars beynəlxalq dəhlizinin bir hissəsi olan Bakı-Böyük-Kəsik istiqamətində qatarların idarəetmə sisteminin modernləşdirilməsi layihəsi üzrə ilk işlərə başlayıb. Hazırda dəmir yollarının avtomatlaşdırılmış işarəvermə sisteminin mikroprosessor əsasında vahid dispetçer mərkəzindən idarə edilməsi ilə əvəzlənməsi işləri aparılır. “Azərbaycan Dəmir Yolları” QSC-dən Avtosfer.az-a verilən məlumata görə, bu sistemə qatarların hərəkətinə monitorlar vasitəsilə texniki və vizual nəzarət olunması, hərəkət heyəti ilə birbaşa rabitə əlaqəsinin yaradılması, nasazlığı dərhal aşkara çıxaran təhlükəsizlik cihazlarının quraşdırılması, dəmir yolu-avtomobil keçidlərinin tam avtomatlaşdırılması daxildir.
Dəmir yolunun Soyuq Bulaq və Salahlı stansiyaları arasında sabit cərəyanlı dartı sistemi ilə işləyən ilk pilot sahəsi istismara verilib. Soyuq Bulaq-Salahlı mənzilində hər iki stansiya daxil olmaqla, yoldəyişənlər və işarəvermə qurğuları EBILock 950 markalı Mikroprossesor Mərkəzləşdirməsi ilə təchiz olunub.
Sistem qatarların təhlükəsiz hərəkətini və yüksək ötürmə qabiliyyətini təmin edir. Aparat və proqram baxımından MDB və Baltikyanı ölkələrin dəmir yollarında geniş yayılmış 1 520 mm-lik standartlı iz üzrə istismara tam uyğunlaşdırılmış sistem həm sabit, həm dəyişən cərəyan dartı sistemində istifadə oluna bilər.
Qeyd edək ki, “Bombardier Transportation” rels nəqliyyatı texnologiyaları üzrə dünya liderlərindən biridir. O, daşımalarda yeni standartlar yaradan innovativ məhsul və xidmətləri təmin edir. 60-dan çox ölkədə fəaliyyət göstərən “Bombardier Transportation” şirkətinin mənzil-qərargahı Berlində (Almaniya) yerləşir. 100 000-dən çox “Bombardier Transportation” istehsalı olan hərəkət heyəti vahidi bütün dünyada istismar edilir.
Emin
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
















