Qaxda 26 km-lik avtomobil yolunun təmiri yekunlaşmaq üzrədir - VİDEO

Qax rayonunda 4-cü texniki dərəcəyə uyğun yenidən qurulan Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunda işlər yekunlaşmaq üzrədir. Avtosfer.az "Azəravtoyol" ASC-yə istinadən xəbər verir ki, uzunluğu 26 km və əvvəllər torpaq-çınqıl örtüklü olan avtomobil yolunun 19 km-lik əsas hissəsində təmir-tikinti işləri artıq bitib. Hazırda Fısdıqlı və Marsan-Cüdüllü kəndilərinə gedən 7 km-lik giriş yollarının yenidən qurulması istiqamətində son tamamlanma işləri görülür, yeni asfalt-beton örtüyü salınır. Layihə çərçivəsində 10 metr enində yeni yol yatağı inşa edilib. Bura 6 metr yol əsası və 2 metr enində çiyinlər daxildir. Ümumilikdə isə yolun 150 min m2-dən çox hissəsinə 12 sm qalınlığında yeni asfalt-beton örtüyün döşənməsi işləri görülür. Yenidənqurma işləri zamanı Fıstıqlı və Marsan-Cüdüllü kəndlərinə gedən yolların üzərində olan yeni avtomobil körpüləri də inşa olunub. Müvafiq olaraq körpülərin uzunluqları 9.5 və 24 metr təşkil edir. Hər iki körpünün eni isə 11 m-dir. Bundan başqa yol boyu 65 metr uzunluğunda müxtəlif diametrli suötürücü dəmir-beton borular quraşdırlıb. Qeyd edək ki, Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolu 7 mindən çox əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir. Yolun yenidən qurulması ilə sözügedən ərazidə yük və sərnişin daşıması xeyli yaxşılaşacaq, yetişdirilən məhsulların rahat şəkildə rayon mərkəzlərinə rahat daşınmasına imkan yaranacaq. Bu isə öz növbəsində kənd təsərrüfatının inkişafına müsbət təsir etməklə yol boyu yaşayan əhalinin sosial rifahını yüksəldəcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












