Rustavi-Qırmızı Körpü magistral yolu yenidən qurulacaq

Gələn il Gürcüstanın əsas magistral yollarından biri olan Rustavi - Qırmız Körpü magistralı əsaslı təmir olunacaq. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili bildirib. Baş nazir deyib ki, yol Kvemo Kartli bölgəsinin inkişafında mühüm rol oynayır. Bölgədə 19 yeni müəssisə açılıb və bu günə qədər fəaliyyətdə olan 131 müəssisə isə fəaliyətini daha da genişləndirib. Regionun inkişafı üçün bir sıra tədbirlər görüləcək, investisiya mühiti daha da yaxşılaşdırılacaq, yol infrastrukturu yaradılacaq. Rustavi-Qırmızı Körpü yolunun təmiri də bu işlər planına daxildir. Bu yolun təmirinə və yenidən qurulmasına təqribən 322 milyon GEL( təqribən 130 milyon dollara yaxın) vəsait xərclənəcək. Eyni zamanda, Rustavi-Sadaxlo magistralı da yenidən qurulacaq. Bu yolun təmirinə 285 milyon GEL xərclənəcək.
Hökumət başçısının sözlərinə görə, regionun elektrik enerjisi ilə təminatına da xüsusi diqqət yetiriləcək. Yenicə istifadəyə verilmiş "Marneuli 500" elektrik yarımstansiyası (20 milyon dollar) bölgənin elektrik enerjisinə olan tələbatının ödənilməsində və enerji təhlükəsizliyində mühüm rol oynayır. Yeni yarımstansiyaların tikintisi də nəzərdə tutulub.
Baş nazir onu da bildirib ki, Dmanisi, Bolnisi, Marneuli, Tetriskalo, Tsalka rayonlarında da su, enerji təchizatının yaxşılaşdırılması istiqamətində mühüm işlər görüləcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












