Saatlının əsas avtomobil yolları yenidən qurulur - VİDEO

Saatlı rayonu, Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun yenidən qurulmasına başlanılıb. "Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən Avtosfer.az-a verilən məlumata görə, hazırda avtomobil yolunda yol yatağının tikintisi işləri aparılır. "Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirilib. Yol geyiminin əsasının tikintisi işləri qum-çınqıl və optimal qırmadaş qarışığından aparılır. Yenidən qurulan yol əvvəllər torpaq və çınqıl örtüklü olub. Məhz bu səbəbdən istər vətəndaşların, istərsə də avtonəqliyyat vasitələrinin gediş-gəlişində əsasən payız-qış mövsümündə bir sıra çətinliklər yaranırdı. Ancaq yolun yenidən qurulması ilə bu problemlər geridə qalacaq. Uzunluğu 14 km, eni isə 10 metr olan yol IV texniki dərəcəyə uyğun bərpa edilir. Layihə çərçivəsində 2 hərəkət zolaqlı yolun çiyinlərinin eni 2 metr, hərəkət hissəsinin eni isə 6 metr təşkil edəcək. Yolun 85 min kv. m sahəsinə ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub. Asfaltlanma işləri bitdikdən sonra zəruri olan yerlərdə yol nişanları və təhlükəsizlik dirəkləri quraşdırılacaq, üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq. Eyni zamanda zəruri olan yerlərdə suların ötürülməsi üçün 31 ədəd müxtəlif diametrli suötürücü boruların da quraşdırılması işləri görüləcək", - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, 6 yaşayış məntəqəsinin sakinlərinin gediş-gəlişini xeyli rahatlaşdıracaq, təhlükəsiz və maneəsiz hərəkət etmələrinə imkan yaradacaq Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun tikintisi bu il yenidən qurulması nəzərdə tutulan 40 kənd və qəsəbələrarası avtomobil yolları layihələrindən biridir. Yolun yenidən qurulması ilə sözügedən ərazidə yük və sərnişin daşıması xeyli asanlaşacaq.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO

















