Sabunçu-Ramana avtomobil yolunun tikintisi başa çatıb – FOTO+VİDEO

Bakının Sabunçu rayonundakı Sabunçu-Ramana avtomobil yolunun tikintisi yekunlaşıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Azəravtoyol" ASC-dən bildirilib. Məlumata görə, yolun uzunluğu 5,7 km, yolun hərəkət hissəsinin eni 9 metr, hər iki tərəfdə çiyinlərin (piyada səkiləri) eni isə 1,5 metr təşkil edir. Layihə çərçivəsində zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, karbonat materialı tökülərək yenidən kipləşdirilib. Daha sonra, yolun hərəkət hissəsində asfaltlanma işləri də başa çatdıdılıb. Asfaltlanma işləri zamanı yola ikiqat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə yolun təqribən 60 min kv.m ərazisi asfaltlanıb. Vətəndaşların avtomobil yolunun kənarı ilə normal və təhlükəsiz hərəkəti üçün zəruri olan yerlərdə 1,5 metr enində piyada səkilərinin tikintisi və yol boyu 6 426 poqon metr yeni səki daşlarının düzülməsi işlərinə də yekun vurulub. Tikinti işləri tam bitdikdən sonra layihə üzrə nəzərdə tutulmuş və avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, həmçinin ümumilikdə 8 400 m hissədə piyada zolaqları, yolcizgi və yolgöstərici xətlərininin çəkilişi işləri də aparılıb. Qeyd edək ki, avtomobil yolu uzun müddət təmir olunmadığı üçün deformasiyaya uğrayıb və dağılıb. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində problemlər yaradıb. Üstəlik bəzi ərazilərdə piyada səkilərinin olmaması vətəndaşların normal və təhlükəsiz hərəkətinə maneə törədib. Avtomobil yolunun tikintisi ilə bu problemlər köklü şəkildə aradan qaldırılıb. Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə 2 yaşayış məntəqəsinin 44 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşıb, yük və sərnişin daşıması yaxşılaşdırılıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
















